Hakan Çalhanoğludan rekord

Bölmə adı Dünya Çempionatı
Yayımlandı 12-10-2025, 12:25

Dünən baş tutan Türkiyə - Bolqarıstan (6:1) görüşü Hakan Çalhanoğlu üçün əlamətdar görüş olub.

Sport1.az xəbər verir ki, 31 yaşlı futbolçu milli ilə 100-cü oyununa çıxdı.

"İnter"in yarımmüdafiəçisi bu qarşılaşmada 2 məhsuldar ötürmə ilə yadda qaldı.

Qeyd edək ki, Hakan 2013-cü ildən Türkiyə millisinin şərəfini qoruyur.

Müəllif: Sport1.az