"Çelsi"nin futbolçusu Mixail Mudrikin hüquq komandası onun diskvalifikasiya olunmaması üçün çalışır.
Sport1.az "TaToTake"ə istinadən xəbər verir ki, işin nəticəsi vəkillərin Ukrayna millisinin toplanışı ilə bağlı detalları nə dərəcədə dəqiq bərpa etməsindən asılı olacaq. Mudrikin nümayəndələri isə Ukrayna Futbol Assosiasiyasının istintaqla əməkdaşlıq etmədiyini bildirirlər.
Xatırladaq ki, 2024-cü ilin dekabrında Mudrikin qanında meldonium aşkarlanıb və o, 4 ilədək futboldan uzaqlaşdırıla bilər.