son dəqiqə SON DƏQİQƏ
Bakıda karate üzrə seminar baş tutub Argentina millisinin üzvü “İpsviç”də Sona Ağayeva Dünya Çempionatının 1/8 finalında Messinin komandasında baş məşqçi dəyişikliyi “Çelsi”nin futbolçusu La Liqa klubunda Oxatanlarımızdan Belarusda 2 medal Ölkə çempionatı keçiriləcək UEFA Konfrans Liqası: Əsas mərhələnin püşkü atılıb "İmişli" Dekonu transfer edib Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib Polşalılar Puxaçı "Sabah"a keçdiyi üçün təhqir edib - "Böyük Dəbilqə": Cüdoçularımız bu gün mübarizəyə start verirlər

Komandalarımızın 3-cü mərhələdəki potensial rəqibləri bəlli oldu

Bölmə adı Avropa Liqası
Yayımlandı 19-07-2025, 09:53

İyulun 21-də futbol üzrə Avropa kuboklarında 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Sport1.az xəbər verir ki, Çempionlar Liqasında çıxış edəcək “Qarabağ”, Konfrans Liqasında isə “Zirə”, “Araz-Naxçıvan” və “Sabah” komandaları II mərhələni uğurla keçəcəkləri təqdirdə qarşılaşacaqları mümkün rəqiblərini öyrənəcəklər.

Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın “Shelbourne” (“Şelburn) komandası ilə qarşılaşacaq. Oyunlar 23 iyulda (Dublin) və 30 iyulda (Bakı) keçiriləcək.

“Zirə” isə Xorvatiyanın “Hayduk” klubu ilə 23 iyulda Bakıda, 31 iyulda Splitdə qarşılaşacaq.

“Araz-Naxçıvan” Yunanıstanın “Aris” klubunu 24 iyulda evdə qəbul edəcək, cavab oyunu isə bir həftə sonra Salonikidə olacaq.

“Sabah” Moldova təmsilçisi “Petrokub”la əvvəlcə 24 iyulda Kişinyovda, sonra isə 31 iyulda Bakıda qarşılaşacaq.

“Qarabağ”, əvvəlcədən məlum olduğu kimi, yüksək UEFA reytinqinə görə 3-cü mərhələnin püşkatmasında “səpələnmişlər” (yəni güclülər səbətində) olacaq. Onun rəqibi aşağıdakı cütlərin qaliblərindən biri olacaq:

“Rijeka” (Xorvatiya) – “Ludogorets” (Bolqarıstan)

“Hamrun Spartans” (Malta) – “Dinamo” (Kiyev, Ukrayna)

“Shkëndija” (Şimali Makedoniya) – FCSB (Rumıniya)

“Lech” (Polşa) – “Breidablik” (İslandiya)

“RFS (Latviya) – “Malmö” (İsveç)

“KuPS (Finlandiya) – “Kayrat” (Qazaxıstan)

UEFA püşkatma günü komandaları qruplara bölə bilər. Bu halda “Şülburn” – “Qarabağ” cütünün potensial rəqibləri 3 cütə kimi məhdudlaşacaq.

Konfrans Liqasının 3-cü mərhələsində “Zirə” və “Sabah” da “səpələnmişlər” səbətinfə olacaq. Bu, onların öz reytinqləri ilə deyil, “Hayduk” və “Petrokub”un yüksək UEFA göstəricilərinə görə mümkün olacaq. “Araz-Naxçıvan” isə “Aris”in aşağı reytinqinə görə “səpələnməmişlər” səbətində olacaq.

Beləliklə, “Zirə” – “Hayduk” və “Petrokub” – “Sabah” cütlərinin qalibləri 3-cü mərhələdə aşağıdakı cütlərin qaliblərindən biri ilə qarşılaşa bilər:

“Balkani” (Kosovo) – “Floriana” (Malta)

“Raków” (Polşa) – “Žilina” (Slovakiya)

“Viking” (Norveç) – “Koper” (Sloveniya)

“Rosenborg” (Norveç) – “Banga” (Litva)

“Austria” (Avstriya) – “Spaeri” (Gürcüstan)

“Vaduz” (Lixtenşteyn) – “Dungannon” (Şimali İrlandiya)

“Dundee United” (Şotlandiya) – “UNA Strassen” (Lüksemburq)

“Larne” (Şimali İrlandiya) – “Prishtina” (Kosovo)

“Paide” (Estoniya) – AIK (İsveç)

“HB Torshavn” (Farer adaları) – “Brøndby” (Danimarka)

“Silkeborg” (Danimarka) – “Akureyri” (İslandiya)

“Vardar” (Şimali Makedoniya) – “Lausanne” (İsveçrə)

“Aris” (Kipr) – “Puskás Akademia” (Macarıstan)

“Sarajevo” (Bosniya və Herseqovina) – “Universitatea” (Rumıniya)

“Sutjeska” (Monteneqro) – “Beitar” (İsrail)

“St. Patrick’s Athletic” (İrlandiya) – “Nõmme Kalju” (Estoniya)

“Kauno Žalgiris” (Litva) – “Valur” (İslandiya)

“Polissya” (Ukrayna) – “Santa Coloma” (Andorra)

“Košice” (Slovakiya) – “Neman” (Belarus)

“Atlètic Club d’Escaldes” (Andorra) – “Dinamo City” (Albaniya)

Həmçinin, Avropa Liqasının II mərhələsində uduzan komandalarla da qarşılaşmaq ehtimalı var:

“Celje” (Sloveniya) – AEK (Kipr)

“Midtjylland” (Danimarka) – “Hibernian” (Şotlandiya)

“Anderlecht” (Belçika) – “Häcken” (İsveç)

“Levski” (Bolqarıstan) – “Braga” (Portuqaliya)

“Araz-Naxçıvan” – “Aris” cütünün qalibi 3-cü mərhələdə “səpələnmiş” komandalardan birinə rəqib olacaq:

“İIves” (Finlandiya) – AZ (Niderland)

“Dečić” (Monteneqro) – “Rapid” (Avstriya)

“Aktobe” (Qazaxıstan) – “Sparta” (Çexiya)

“Cherno More” (Bolqarıstan) – “İstanbul Başakşehir” (Türkiyə)

“Oleksandriya” (Ukrayna) – “Partizan” (Serbiya)

“Torpedo-BelAZ” (Belarus) – “Maccabi Haifa” (İsrail)

“St. Joseph’s” (Cəbəllütariq) – “Shamrock Rovers” (İrlandiya)

“Omonia” (Kipr) – “Torpedo Kutaisi” (Gürcüstan)

“Novi Pazar” (Serbiya) – “Jagiellonia” (Polşa)

“Arda” (Bolqarıstan) – HJK (Finlandiya)

“Varaždin” (Xorvatiya) – “Santa Clara” (Portuqaliya)

“Astana” (Qazaxıstan) – “Zimbru” (Moldova)

“Hammarby” (İsveç) – “Charleroi” (Belçika)

“Radnički” (Serbiya) – “Klaksvík” (Farer adaları)

“Vllaznia” (Albaniya) – “Víkingur” (İslandiya)

“Riga” (Latviya) – “Dila” (Gürcüstan)

“Paks” (Macarıstan) – “Maribor” (Sloveniya)

“Hibernians” (Malta) – “Spartak Trnava” (Slovakiya)

Eləcə də Avropa Liqasının bu cütlərində uduzan komandalardan biri:

“Lugano” (İsveçrə) – “CFR Cluj” (Rumıniya)

“Beşiktaş” (Türkiyə) – “Saxtyor” (Ukrayna)

“Utrecht” (Niderland) – “Şerif” (Moldova)

“Baník” (Çexiya) – “Legiya” (Polşa)

UEFA püşkatma səhəri komandaları qruplara ayıracaq. Bu səbəbdən mümkün rəqiblərin sayı əhəmiyyətli dərəcədə azalacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR