son dəqiqə SON DƏQİQƏ

40 yaşlı Ronaldu Portuqaliya yığmasının oyunlarına çağırıldı

Bölmə adı Portuqaliya
Yayımlandı 3-10-2025, 23:15

"Ən-Nəsr" komandasının hücumçusu Kriştianu Ronaldu 2026-cı il dünya çempionatının seçmə mərhələsinin qarşıdakı oyunları üçün Portuqaliya yığmasına çağırılıb.

Sport1.az bildirir ki, bu barədə Portuqaliya millisinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edək ki, yığma komanda oktyabrın 11-də İrlandiya, oktyabrın 14-də isə Macarıstan milliləri ilə qarşılaşacaq.

Portuqaliya yığması iki turdan sonra altı xalla F qrupunda liderdir. 40 yaşlı Ronaldu yığmada keçirdiyi 223 matçda 141 qol vurub və 45 məhsuldar ötürmə verib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR