ABŞ millisinin və “Borussiya"nın (Münhenqladbaxt) klubunun futbolçusu Covanni Reyna karyerası ilə yanaşı, artıq investisiya sahəsində də addım atıb.Sport1.az xəbər verir ki, o, “Fort Lauderdale United”in sahiblik qrupuna qoşulub.
Klub qadın komandası ilə USL Super Liqasında mübarizə aparır. Növbəti mövsümdən isə kişi kollektivi ilə USL Liqa 1-də debüt edəcək.
Sahibkar Tommi Smit yeni sərmayələrin ardından klubun dəyərinin 55 milyon dollara yüksəldiyini, Reynanın qoşulmasının Amerika futbolundakı mövqelərini möhkəmləndirdiyini bildirib.