"Barselona"nın futbolçusu Liqa 1-ə yüksələn komandanın hədəfində

Bölmə adı İspaniya
Yayımlandı 2-08-2025, 00:09

Ektor Fort bu mövsüm Liqa 1-ə yenidən qayıdan klubun diqqətini çəkib.

Sport1.az xəbər verir ki, L’Equipe-in məlumatına görə, “Paris” klubu “Barselona”nın müdafiəçisini transfer etmək imkanını öyrənmək üçün sorğu göndərib. Bu addım Red Bull-un tövsiyəsi ilə atılıb.

Ötən mövsüm Fort La Liqada 17 oyunda iştirak edib, lakin məhsuldar ötürmə və ya qol vura bilməyib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR