son dəqiqə SON DƏQİQƏ
"İmişli" "Şamaxı" ilə üz-üzə gəlir, "Qarabağ" səfərdə "Sabah"a qarşı ● Veteran cüdoçularımızdan daha bir medal ● FİFA U-15 Dünya Çempionatı: Bu gün millimiz Hövsanda 2 matça çıxır ● Eldəniz Əzizli və Sənan Süleymanov Dünya Çempionatının finalında ● Millimiz qələbə ilə start verdi ● "Turan Tovuz" azlıqda qalan "Neftçi" ilə heç-heçə etdi ● Qran-Pri turniri: Cüdoçularımız yarışa 3 medalla start veriblər ● " 10 aydır onun üzərində işləyirəm, görünür, pis işləmişəm" ● "Rəqib azlıqda olanda da matçda üstün tərəf biz idik" - Berdiyev ● "Şəfa" "Kəpəz"ə uduzdu, "Neftçi" - "Turan Tovuz" matçında "sülh" ● Super Liqada 1-ci tur: "Neftçi" "Xilasedici"yə uduzdu ● "Kəpəz"dən əzmkar qələbə ● "Hələ çatışmayan cəhətlərimiz var" ● Zaur Həşimovdan məğlubiyyət şərhi: "Bunu üzərimizdən ata bilmirik" ● Avropa Kuboku: "Kür" komandası turnirlə vidalaşıb ● Millimiz bu dəfə də məğlub oldu ● "Neftçi" - "Turan Tovuz": ● NTD "Ordu"ya uduzub ● Azərbaycan klubu iki məşqçi ilə müqaviləyə qarşılıqlı xitam verib ● "Şəfa" - "Kəpəz": ● Günün oyunları: ● "Sabah"ın legioner futbolçusu Almaniya klubuna yollana bilər ● Şahmatçılarımız Avropa Klub Kubokunda 2 medal qazandı ● "Ötürmə" verilişi: Samir Abasov öz səhvlərinin cəzasını çəkir ● Avropa Çempionatı: Daha 2 veteran cüdoçumuz gümüş medal qazanıb ● Güləş üzrə Dünya Çempionatı: 4 təmsilçimiz mübarizəyə başlayır ● FİFA U-15 Dünya Çempionatı: Bu gün açılış mərasimi keçiriləcək ● Samir Abasovun dərdi nədir? ●

Aqil Nəbiyev qələbəni Azərbaycan xalqına həsr etdi

Bölmə adı Milli
Yayımlandı 27-09-2025, 14:54

Azərbaycan milli komandası MDB Oyunlarının III buraxılışına qələbə ilə start verib.

Sport1.az xəbər verir ki, baş məşqçi Aqil Nəbiyev oyundan sonra fikirlərini bölüşüb:

“Turnirə qələbə ilə başlamaq çox xoş haldır. Çempionluq qazanmaq üçün ilk oyunu qələbə ilə başa vurmaq vacib idi. Rəqib keyfiyyətli komandadır, bir neçə oyundur onları analiz etmişdik. Onlar Rusiya millisinə qarşı 1:1 hesablı heç-heçə etmişdilər. Tacikistan millisi daha çox qaçan, meydanda mübarizə aparan, rəqibə boşluq buraxmayan və texniki cəhətdən güclü komandadır. Amma əsas önəmli olan bizim öz oyunumuz idi və nəticə olaraq qalib gəldik. Bu qələbəni bütün xalqımıza həsr edirik. Bu gün 27 sentyabr – müharibənin başlandığı anım günüdür. Başımız dik, alnımız açıq, çünki biz qalib xalqıq. Fürsətlərdən yaxşı istifadə etsəydik, hesab 2:0 da ola bilərdi. Son dəqiqələrdə vurduğumuz qol sayılmasa da, əsas odur ki, qələbə qazandıq".

Baş məşqçi Qırğızıstana qarşı keçirəcəkləri növbəti oyuna da toxunub:

“Növbəti rəqibimizin bir neçə oyununu analiz etmişik. Sentyabrın 29-da Qırğızıstan millisinin Tacikistan millisinə qarşı görüşünü dərindən təhlil edəcəyik və növbəti oyun mütləq qələbə qazanmalıyıq".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR