son dəqiqə SON DƏQİQƏ
Premyer Liqa klublarının yay transferləri “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək “Kəpəz” millimizlə üz-üzə gələcək ABŞ-li basketbolçu “Naxçıvan”da Azərbaycan cüdoçuları veteranlar arasında daha 2 qızıl qazandı “Turan” İtaliya klubu ilə üz-üzə gələcək Ölkə çempionatının adı dəyişdirilib Ayxan Abbasov: “Yeni oyunçular tapmaq lazımdır” Rəhman Daşdəmirov: “Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik” Azərbaycan və Yunanıstan arasında idman əməkdaşlığı genişləndirilir Tacikisin millisinin kapitanı: “Sabah yaxşı oyun göstərməyə hazırıq” "Kəpəz"in oyunçusu Əli Səmədovun zədəsi ilə bağlı "Azərbaycanda klub səviyyəsindəki nəticələr milli səviyyəsində yoxdur" Milli komandamızın futbolçuları və məşqçilər tələbələrlə görüş keçirib "Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur "Sumqayıt"da yeni sözləşmə "Naxçıvan"dan növbəti transfer Milli komandaların məşqçiləri üçün Şamaxıda təlim keçirilib "Hakim "Neftçi"nin futbolçusuna qırmızı vərəqə verməli idi" Yeni idman zalının və minifutbol meydançasının açılış mərasimi olub "Sumqayıt" Basketbol Klubunun məşqçilər korpusu müəyyənləşib Çempionlar Liqası: Təmsilçimizin oyunlarının yeri və tarixi açıqlanıb U-21 Millimizin seçmə mərhələdəki matçının hakim təyinatları açıqlanıb "Turan Tovuz" - "Fənərbağça": Yoldaşlıq matçında anşlaq olacaq "Şəki" çempionatdan uzaqlaşdırıldı, onları əvəzləyəcək klub bəlli oldu "Orada əsas klub futboludur, milli komandaya böyük təzyiq yoxdur" Şahmat Olimpiadası: Yığma komandalarımız üçün növbəti sınaq

Mourinyo Portuqaliyaya qayıdan kimi qalmaqal yaratdı

Bölmə adı Portuqaliya
Yayımlandı 25-09-2025, 14:58

"Fənərbaxça"dan (İstanbul) istefaya göndərildikdən sonra "Benfika"nın (Lissabon) baş məşqçisi təyin edilən Joze Mourinyo Portuqaliyada qalmaqala səbəb olub. Bu, onun hakim barədə söylədiyi "şəxsiyyətsiz" sözü ilə əlaqədardır.

Sport1.az xəbər verir ki, bu barədə həmin ölkənin bir neçə media qurumunda məlumat yayılıb.

Mourinyonun rəhbərliyi altında "Benfika"nın yerli liqada "Rio Ave"yə qarşı ev matçında heç-heçə (1:1) edib. Oyunda onun komandasının bir qol VAR tərəfindən ləğv edilib. Buna isə 62 yaşlı mütəxəssis kəskin etirazını bildirib.

O, matçdan sonra verdiyi açıqlamada hakimlər barədə sərt sözlər söyləyib. Mourinyo deyib:

"Bir qol vurursan. Amma bu günün futbolu elədirsə ki, təkcə kimininsə ayağına basıldığına və ya formanı azacıq dartdığına görə qol ləğv olunursa, mən belə futbolu sevmirəm. Nəticədə baş rolda futbol şəhərində oturub, hamımızın gördüyü hadisəni hakimin izləməsini qərar verən bir bəylə, bir də şəxsiyyətsiz olub yalnız VAR-ın dediyinə tabe olan bir hakim olur. Hakimin VAR-a çağırıldığını gördüyüm anda artıq qolun ləğv olunacağını bilirdim".

Bu açıqlamasından sonra Portuqaliya Peşəkar Hakimlər Birliyi təcrübəli baş məşqçini Portuqaliya Futbol Federasiyasının İntizam Komitəsinə şikayət edib Portuqaliyanın nüfuzlu qəzetlərindən "A Bola" Mourinyo ilə bağlı bu iddianı təsdiqləyib. Təcrübəli baş məşqçinin hansı cəzanı alacağı isə maraqla gözlənilir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR