UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunda baş tutacaq "Qarabağ" - "Kopenhagen" matçının biletləri bu gün saat 15:00-dan etibarən satışa çıxarılır.Sport1.az xəbər verir ki, Ağdam təmsilçisi VİP və VVİP sektorlara işğaldan azad edilmiş şəhərlərimizin (Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl, Xocalı, Ağdam, Şuşa, Xankəndi, Laçın, Kəlbəcər) adını verib.
Bu barədə klubun mətbut xidməti məlumat yayıb.
Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" qarşılaşması oktyabrın biri saat 20:45-də başlayacaq.