son dəqiqə SON DƏQİQƏ
Daha bir Azərbaycan klubu loqosunu dəyişdi Avropa ikincisi olmuş azərbaycanlı müvəqqəti güləşdən uzaqlaşdırıldı "Sabah"ın kritik pley-off matçının hakim təyinatları açıqlanıb "Xankəndi" müdafiəçi transfer edib Millimiz növbəti matçına çıxır Günün oyunları: "Araz-Naxçıvan" "Neftçi"yə qarşı, "Şamaxı" "Turan Tovuz" səfərində - "Şəfa" ilk qələbəsini belə qazandı "Zirə"dən ardıcıl 2-ci qalibiyyət DÇ: Ayxan Həsənlidən gümüş medal Premyer Liqa klublarının yay transferləri Azərbaycan karateçilərindən “Turkish Open”da iki gümüş medal "Transfer edəcəyimiz futbolçuların heç biri yerli çempionatdan deyil" Fərid Namazov: “Fərdi səhvlər etdik” MPL: "Şəfa" Qəbələ səfərindən 3 xalla qayıdır, "Zirə"dən inamlı qələbə - AVRO-2026: Belçika və Niderlanddan qələbə Kaxaber Tsxadadze: “Futbolçular hələ çempionatın səviyyəsini dərk etməyib” Zaur Həşimov: “Yeni transfer planlaşdırılmır” Güləşçimiz Dünya Çempionatının finalında Zirədə heyətlər bəlli oldu Kanoeçimiz Polşada keçiriləcək Dünya Çempionatında iştirak edəcək “Leypsiq”dən “Atalanta”ya “Qəbələ” - “Şəfa”: Dünya Çempionatında 4 cüdoçumuzun rəqibləri bəlli oldu “Gəncə”dən yeni transfer “Sevilya” gürcü futbolçunu transfer etdi İspan mütəxəssis “Sabahın Ulduzları”ndan danışıb Joao Pedro “Çelsi” ilə müqaviləsini uzatdı

Füzuli Məmmədov oyun manipulyasiyasında iştirak edib? - ŞOK İDDİA

Bölmə adı I Liqa / Manşet
Yayımlandı 10-04-2025, 01:01

"Sabah"ın "Neftçi"nin üzvü Elvin Camalovla bağlı bəyanatından xəbərdarsınız.

Masazır təmsilçisi "ağ-qaralar"ın üzvünün "bayquşlar"ın oyunçusuna mövsümün sonunda flaqmana keçmək istədiyini soruşmasını manipulyasiya kimi qiymətləndirir.

Əslində qaydalar necədir? Çıxış etdiyi klubun adından aslı olmayaraq, kiminsə diqtəsi ilə məşq və oyunları baykot etmək, futbolçulara rəqib komandanın baş məşqçisinin, rəhbərliyinin, inzibati heyət üzvünün, futbolçusunun və ya hansısa üçüncü şəxsin görüşə təsir edə biləcək məlumatını çatdırmaq oyun manipulyasiya sayılır. Elvin Camalovun bunu edib-etmədiyini söyləyə bilmərik. Amma ölkə futbolunda belə hadisələrin çox baş verdiyi açıq-aşkar deyə bilərik.

Redaksiyamıza maraqlı məlumat daxil olub. I Liqada da yuxarıda qeyd olunan kimi hadisələr yaşanır. Sən demə, "Mingəçevir"in baş məşqçisi Füzuli Məmmədov "Difai"nin üzvü Ceyhun Muxtarlı vasitəsi ilə komanda yoldaşı Mahir Həsənova xüsusi mesaj çatdırılıb:

"Füzuli müəllimin salamı var. Narahat olma, yayda bizdəsən!"

Bu hadisə I Liqanın 16-cı turunun "Mingəçevir" - "Difai" matçından 1 gün öncə baş verib. Məlumat üçün bildirək ki, "işıqçılar" həmin görüşdə 1:0 hesabı ilə qalib gəliblər.

Məsələdən xəbərdar olan klub rəhbərliyi AFFA-nın müvafiq qurumuna müraciət edib.

Məlumatı dəqiqləşdirmək üçün "Difai"yə müraciət etdik. Klub məsələ ilə bağlı AFFA-ya müraciət olunması faktını təsdiqlədi.

Məsələ ilə bağlı "Mingəçevir"in və Füzuli Məmmədovun mövqeyini işıqlandırmağa hazırıq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR