son dəqiqə SON DƏQİQƏ
İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● "Sabah" FİBA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ●

Baş məşqçinin tənqid etdiyi futbolçu azarkeşlərdən üzr istədi

Bölmə adı İngiltərə
Yayımlandı 24-09-2025, 16:13

İngiltərə Liqa Kubokunun III turunda "Liverpul" "Sauthempton"u məğlub edib - 2:1

Sport1.az xəbər verir ki, qarşılaşmanın 87-ci dəqiqəsində komandasının qələbə qolunu vuran Uqo Ekitike sarı vərəqəsi olmasına baxmayaraq, sevinərkən köynəyini çıxarıb. Hakim futbolçuya ikinci "sarı"nı verərək meydandan kənarlaşdırıb.

Matçdan sonra mətbuat konfransında "qırmızılar"ın baş məşqçisi Arne Slot fransalı futbolçunun bu hərəkətini "qeyri-peşəkar" və "ağılsız" olduğunu bildirib.

Bundan bir neçə saat sonra isə 23 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşım edərək azarkeşlərdən üzr istəyib:

"Dünən komandam ilə ilk Liqa Kuboku matçında son dəqiqələrdə qələbə gətirən qolu vurduğum üçün çox həyəcanlı idim. Buna görə də emosiyalarıma sahib çıxa bilmədim və qolu o formada qeyd etdim. Hər kəsdən üzr istəyirəm. Komanda yoldaşlarıma və azarkeşlərə bu gün qazandığımız qələbədə bizə dəstək olduğu üçün minnətdaram".

Qeyd edək ki, Ekitike aldığı qırmızı vərəqəyə görə Premyer Liqanın VI turunda "Kristal Pelas" ilə oyunu buraxacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR