son dəqiqə SON DƏQİQƏ
ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı İngiltərədə klubunu dəyişdi “Lill”dən “Mançester Siti”yə “Sabah”dan Prezidentə təşəkkür Əliyar Ağayev Konfrans Liqası matçında Elçin Məsiyevə UEFA-dan təyinat “Tvente”nin futbolçusu: “Buraxdığımız səhvlərdən dərs çıxarmışıq” Con van den Brom: “Lazımi nəticəni qazanmalıyıq” "Tvente" Bakıya ümidlə yox, təzyiq altında gəlib Premyer Liqa klublarının yay transferləri Litvanın Azərbaycandakı səfiri: "Dambrauskasla qürur duyuruq" ABŞ-dən olan hücumçu "Gəncə"də Azərbaycan milli komandasının qrup oyunlarının təqvimi müəyyənləşib "Şəmkir" müdafiəçi transfer edib Vaqif Cavadov Bakıda sabiq komandası "Tvente"ni ziyarət edib Coy Lens Mikelsin əsas mərhələdə qarşılaşmaq istədiyi Yığmamız növbəti oyununa çıxacaq Azərbaycan klubunun məşqçisi futboldan uzaqlaşdırılıb - "İmişli" bir ay əvvəl transfer etdiyi futbolçu ilə vidalaşıb - "Bu, bizim üçün problemdir, amma inkişafımız üçün də bir sıçrayışdır" "Qarabağ" bu futbolçu üçün 700 min avro ödəməyə hazırdır -

"Rəqib ciddi müqavimət göstərdi" - Səfərdə 4:0 hesabı ilə qalib gələn komandanın baş məşqçisi

Bölmə adı I Liqa
Yayımlandı 22-09-2025, 20:17

I Liqanın II turunda “Şəfa” səfərdə “Zaqatala”nın qonağı oldu.

Zaqatalada baş tutan görüş Bakı təmsilçisinin böyük hesablı qələbəsiylə başa çatdı - 4:0.

Paytaxt klubunun baş məşqçisi Elgiz Kərəmli uğurlu nəticəylə bağlı fikirlərini Sport1.az-a açıqladı:

“Zaqatala” yay transferində yaxşı oyunçular heyətinə cəlb edərək güclənib. Bundan başqa, bölgə təmsilçisi doğma divarlar arasında bütün rəqiblərə başağrısı olmağı bacaran komandadır. Onların bütün güclü tərəflərini dərindən təhlil edərək məşqlərdə də zaqatalalıların üstün tərəflərini neytrallaşdırmaq üzrə çox çalışdıq. Qarşılaşmaya gəlincə, meydan sahiblərinin oyun planını maksimum pozmağa çalışdıq. Bu da alındı. Hesabı açan tərəf biz olsaq da, rəqib ciddi müqavimət göstərdi. Buna rəğmən, futbolçularım təzyiqə davam gətirdilər. Əzmkarlıq sərgiləyərək ikinci yarıda özlərini daha yaxşı tərəfdən göstərdilər. Beləliklə, böyükhesablı qələbə qazandıq".

Mirzə S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR