“Neftçi”də növbəti ayrılıq baş tutub.Sport1.az xəbər verir ki, Ramil Şeydayevlə müqavilə vaxtından əvvəl ləğv edilib.
29 yaşlı forvard ötən ilin yayında “ağ-qaralar”la 3 illik müqavilə imzalamışdı. Lakin baş məşqçi Samir Abasovun qərarı ilə Şeydayev əsas heyətin planlarına daxil edilməmiş və əvəzedici komandaya göndərilmişdi.
Qeyd edək ki, Şeydayev “Neftçi”də 31 oyuna çıxıb, 4 qol vurub.