son dəqiqə SON DƏQİQƏ
Daha bir Azərbaycan klubu loqosunu dəyişdi Avropa ikincisi olmuş azərbaycanlı müvəqqəti güləşdən uzaqlaşdırıldı "Sabah"ın kritik pley-off matçının hakim təyinatları açıqlanıb "Xankəndi" müdafiəçi transfer edib Millimiz növbəti matçına çıxır Günün oyunları: "Araz-Naxçıvan" "Neftçi"yə qarşı, "Şamaxı" "Turan Tovuz" səfərində - "Şəfa" ilk qələbəsini belə qazandı "Zirə"dən ardıcıl 2-ci qalibiyyət DÇ: Ayxan Həsənlidən gümüş medal Premyer Liqa klublarının yay transferləri Azərbaycan karateçilərindən “Turkish Open”da iki gümüş medal "Transfer edəcəyimiz futbolçuların heç biri yerli çempionatdan deyil" Fərid Namazov: “Fərdi səhvlər etdik” MPL: "Şəfa" Qəbələ səfərindən 3 xalla qayıdır, "Zirə"dən inamlı qələbə - AVRO-2026: Belçika və Niderlanddan qələbə Kaxaber Tsxadadze: “Futbolçular hələ çempionatın səviyyəsini dərk etməyib” Zaur Həşimov: “Yeni transfer planlaşdırılmır” Güləşçimiz Dünya Çempionatının finalında Zirədə heyətlər bəlli oldu Kanoeçimiz Polşada keçiriləcək Dünya Çempionatında iştirak edəcək “Leypsiq”dən “Atalanta”ya “Qəbələ” - “Şəfa”: Dünya Çempionatında 4 cüdoçumuzun rəqibləri bəlli oldu “Gəncə”dən yeni transfer “Sevilya” gürcü futbolçunu transfer etdi İspan mütəxəssis “Sabahın Ulduzları”ndan danışıb Joao Pedro “Çelsi” ilə müqaviləsini uzatdı

Yuri Matias "Sabah"la oyunda Ramil Şeydayevlə niyə mübahisə edib? - ÖZÜ AÇIQLADI

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 4-04-2025, 10:05

Azərbaycan Kubokunun yarımfinalında "Neftçi" "Sabah" ilə üz-üzə gəldi.

Oyun 2:1 hesabıyla "bayquşlar"ın qələbəsi ilə yekunlaşdı.

"Ağ-qaralar"ın üzvü Yuri Matias Sport1.az-a açıqlamasında derbidə məğlub olmalarının səbəbini izah etdi:

"Rəqibimizə çox hörmətlə yanaşırıq. Çətin oyun keçdi. Biz yarımfinal oyununu səbirsizliklə gözləyirdik. Lakin, hər şey istədiyimiz kimi alınmadı. Düzünü desəm, rəqib bizdən daha yaxşı çıxış etdi."

Müdafiəçi penaltini yerinə yetirməmişdən öncə Ramil Şeydayevlə top üstündə mübahisə etməsindən də danışdı:

"Demək olar bizdə çox penalti zərbəsi vuran futbolçu yoxdur. Keçən mövsüm mən bir çox dəfə bunu etmişəm. Oyun günü özümü çox yaxşı hiss edirdim. Qarşılaşmada çox şey etmək istəyirdim. Bunu sizə necə izah edim? Bilmirəm. Qolu autizmli fərdlərə həsr etmək istədim. Həmin qoldan sonra autizmli fərdlərə dəstək yazısı olan köynəyi göstərdim. Onlara həm kömək, həm də dəstək olmağa çalışdım".

Braziliyalı cavab matçında "Sabah"ı məğlub edəcəklərini düşünür:

"Buna inanıram. Lakin biz qələbə istəyiriksə, həmin oyuna münasibətimizi tamamilə dəyişməliyik. "Sabah" bizi evimizdə məğlub edirsə, biz niyə onları səfərdə udmayaq?Onu bilirəm ki, oyuna ciddi şəkildə hazırlaşmalıyıq. Çünki, görüşün çətin keçəcəyinin fərqindəyik".

EMİN ZEYNALLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR