son dəqiqə SON DƏQİQƏ
Güləşçilərimizdən Dünya Seriyasında 7 medal Fərid Namazov: “Məni narazı salan yeganə məqam…” Zaur Həşimov: “Komandamın oyunundan narazı qalmadım Millimizin üzvü oynadı, komandası qələbə qazandı MPL: Qəbələdə qolsuz sülh, “Şəfa” “İmişli”yə məğlub oldu Kaxaber Tsxadadze: “Çempionatda oyunların tempi artıb” Azər Bağırov: “Səhvlərimiz var” Super Liqada klubunu dəyişdi “Barselona”dan “Venesiya”ya AFFA-da 3 mühüm posta təyinat olub Coşqun Əliyev Deflimpiya çempionunu məğlub edərək “Masters Top 18”in qalibi olub “Şəfa” - “İmişli”: Premyer Liqada oynayan milli üzvü I Liqada çıxış edəcək "Şahdağ Qusar" və "Unico" arasındakı tərəfdaşlığa dair "Şəfa" ev oyunlarını bu stadionda keçirəcək "Neftçi"nin daha bir yetirməsi II Liqa klubunda forma geyinəcək Milli komandamız İstanbula yollanıb "Neftçi"nin sabiq üzvü "Şirvan"da "Sabah"ın "Napoli" ilə oyununun günü dəyişdirilə bilər "Sabah"ın Bakıda "Barselona" ilə görüşü bu tarixdə baş tutacaq "Sabah"ın Çempionlar Liqasındakı bütün qarşılaşmalarının "Neftçi"nin sabiq hücumçusu yenə də Türkiyədə oynayacaq - Qərb derbisində izdiham olacaq Bu klub "Qarabağ"ın ulduzu üçün 800 min avro ödəməyə hazırdır "Qurnik"in formasını geyinmək şərəf idi" Bölgə təmsilçisi heyətinə legioner qapıçı cəlb etdi I Liqa klubunda ayrılıq "Neftçi"nin yetirməsi "Şəmkir"də

“Neftçi” bu legioneri göndərir - Abasov narazıdır

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 31-07-2025, 14:55

“Neftçi”də növbəti ayrılıq baş verə bilər.

Sport1.az-ın əldə etdiyi məlumata görə, klubun yarımmüdafiəçisi Ryonosuke Ohori ilə yolların ayrılması ehtimalı artmaqdadır.

Baş məşqçi Samir Abasov yaponiyalı futbolçunun çıxışından razı deyil. “Ağ-qaralar”ın yay transfer pəncərəsində yeni yarımmüdafiəçi ilə güclənəcəyi halda, komanda Ohori ilə vidalaşacaq.

24 yaşlı futbolçu bu ilin yanvar ayında “Neftçi”yə transfer olunub. Müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədədir. Bu müddət ərzində 11 oyuna çıxan Ryonosuke Ohori qol vurmasa da, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, yarımmüdafiəçi daha əvvəl Litvanın “TransINVEST” klubunda çıxış edib. Onun “Neftçi”dəki gələcəyi yaxın günlərdə dəqiqləşəcək.

NİHAT KƏRİMLİ

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR