son dəqiqə SON DƏQİQƏ
Premyer Liqa klubu baş məşqçi ilə yolları ayırdı "Şahdağ Qusar"da yeni sözləşmə "Zirə" tarixində üçüncə dəfə uğurlu seriyanı təkrarlamağı bacarıb Gəncə şəhər stadionunda "Qarabağ" Dani Boltla vidalaşıb Rəşad Sadıqov üçün yubiley matçı Eren Aydına görə Premyer Liqanın ən yaxşı komandası "Onun performansında olan yüksəliş açıq-aşkar görünür" "Bu matçda da vurduğum qol sayəsində qələbə qazandıq" Sona Ağayevadan tarixi üçüncülük Günün oyunları: MPL: "Sabah" Qəbələ, "Qarabağ" Sumqayıt səfərində "Zirə" doğma meydanda "Neftçi" üzərində qələbə qazanıb "Kəpəz" Gəncə şəhər stadionunda ilk qələbəsini qazanıb Premyer Liqa klublarının yay transferləri Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" "Zirə"yə uduzub Azər Məmmədov: “Vacib qələbə qazandıq” Mahir fərqləndi, komandası məğlub oldu Kurban Berdıyev: “Məni ən çox narahat edən…” Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb “Fənərbağça”dan “Ayaks”a Portuqaliya millisinin üzvü “Qalatasaray”da Krakovda 7 medal Stolüstü tennisçimiz finalda Misli Premyer Liqasının 5-ci və 6-cı turlarının təqvimi açıqlanıb Kamerunlu hücumçu "Gəncəbasar"da

"Santuşun göndərilməsi bizim oyunumuza da təsir edəcək" - Sergey Rebrov

Bölmə adı Dünya Çempionatı
Yayımlandı 8-09-2025, 18:32

Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov DÇ-2026-nın seçmə mərhələsində sabah Azərbaycanla Bakıda keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Sport1.az xəbər verir ki, o, əvvəlcə Azərbaycan millisində baş məşqçi dəyişikliyi - Fernandu Santuşun istefaya göndərilməsi ilə ilə bağlı danışıb:

"Bu, hazırlığımıza, oyunumuza təsir göstərəcək. Biz artıq rəqib komandanı analiz etmişdik. Onların hücumda və müdafiədə necə oynadıqlarını futbolçulara göstərmişdik. Amma əsas məsələ sabah bizim nə göstərəcəyimizdir.

Hesab edirəm ki, komandamız Azərbaycanın istənilən oyun modelinə hazır olacaq. Hazırda rəqibin oyun üslubunu komandaya göstərmişik, lakin müəyyən düzəlişlər ediləcək". deyə Rebrov bildirib.

Baş məşqçi "Sabah çox zəif rəqibə qarşı oynayacaqsınız. Asanlıqla qalib gələcəyinizi düşünürsünüz?" sualını isə belə cavablandırıb: "Xeyr. Düşünürəm ki, sabah çətin oyun olacaq. Ümid edirəm ki, bu mətbuat konfransını bizim futbolçular dinləməyəcəklər. Çünki komandalar baş məşqçini dəyişəndə, bu, müxtəlif cür qəbul edilə bilər. Mən hesab etmirəm ki, Azərbaycan millisi zəif komandadır. Onların oyunlarını izləmişəm, xüsusilə də İslandiya ilə ilk hissəni. Deməzdim ki, Azərbaycan zəif oynadı. Komanda təşkilatlanmış şəkildə çıxış edirdi. Sadəcə, qol vəziyyətləri yarada bilmirdi. Sabah asan oyun olmayacaq. Futbolçuların bunu başa düşməsi və ilk dəqiqədən nəticə əldə etməyə çalışması üçün əlimizdən gələni edəcəyik",

Qeyd edək ki, Azərbaycan – Ukrayna oyunu sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR