son dəqiqə SON DƏQİQƏ
"İmişli" "Şamaxı" ilə üz-üzə gəlir, "Qarabağ" səfərdə "Sabah"a qarşı ● Veteran cüdoçularımızdan daha bir medal ● FİFA U-15 Dünya Çempionatı: Bu gün millimiz Hövsanda 2 matça çıxır ● Eldəniz Əzizli və Sənan Süleymanov Dünya Çempionatının finalında ● Millimiz qələbə ilə start verdi ● "Turan Tovuz" azlıqda qalan "Neftçi" ilə heç-heçə etdi ● Qran-Pri turniri: Cüdoçularımız yarışa 3 medalla start veriblər ● " 10 aydır onun üzərində işləyirəm, görünür, pis işləmişəm" ● "Rəqib azlıqda olanda da matçda üstün tərəf biz idik" - Berdiyev ● "Şəfa" "Kəpəz"ə uduzdu, "Neftçi" - "Turan Tovuz" matçında "sülh" ● Super Liqada 1-ci tur: "Neftçi" "Xilasedici"yə uduzdu ● "Kəpəz"dən əzmkar qələbə ● "Hələ çatışmayan cəhətlərimiz var" ● Zaur Həşimovdan məğlubiyyət şərhi: "Bunu üzərimizdən ata bilmirik" ● Avropa Kuboku: "Kür" komandası turnirlə vidalaşıb ● Millimiz bu dəfə də məğlub oldu ● "Neftçi" - "Turan Tovuz": ● NTD "Ordu"ya uduzub ● Azərbaycan klubu iki məşqçi ilə müqaviləyə qarşılıqlı xitam verib ● "Şəfa" - "Kəpəz": ● Günün oyunları: ● "Sabah"ın legioner futbolçusu Almaniya klubuna yollana bilər ● Şahmatçılarımız Avropa Klub Kubokunda 2 medal qazandı ● "Ötürmə" verilişi: Samir Abasov öz səhvlərinin cəzasını çəkir ● Avropa Çempionatı: Daha 2 veteran cüdoçumuz gümüş medal qazanıb ● Güləş üzrə Dünya Çempionatı: 4 təmsilçimiz mübarizəyə başlayır ● FİFA U-15 Dünya Çempionatı: Bu gün açılış mərasimi keçiriləcək ● Samir Abasovun dərdi nədir? ●

"Hədəfimiz Bakıda qələbə qazanmaqdır" - Aleksandr Zinçenko

Bölmə adı Dünya Çempionatı
Yayımlandı 8-09-2025, 18:17

Ukrayna millisinin futbolçusu Aleksandr Zinçenko DÇ-2026-nın seçmə mərhələsində Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyunda əvvəl mətbuat konfransında iştirak edib.

Sport1.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Azərbaycana qələbə üçün gəldiklərini bildirib:

"Matça ciddi hazırlaşmışıq. Hədəfimiz qələbə qazanmaq olacaq. Azarkeşlərimizi sevindirmək istəyirik. Sabah bizi maraqlı oyun gözləyir. Kimdənsə güclü olduğumuzu düşünmürük. Necə hazırlaşdığımızı sabahkı oyun göstərəcək".

"Arsenal"dan icarə əsasında "Nottingem Forest"ə keçən futbolçu hansı mövqedə oynamasının onun üçün fərq etmədiyini bildirib: “Bu suala cavab verməkdən yorulmuşam. Baş məşqçimiz harada desə, biz orada oynayacağıq".

Qeyd edək ki, Azərbaycan – Ukrayna oyunu sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR