son dəqiqə SON DƏQİQƏ
Premyer Liqa klubu baş məşqçi ilə yolları ayırdı "Şahdağ Qusar"da yeni sözləşmə "Zirə" tarixində üçüncə dəfə uğurlu seriyanı təkrarlamağı bacarıb Gəncə şəhər stadionunda "Qarabağ" Dani Boltla vidalaşıb Rəşad Sadıqov üçün yubiley matçı Eren Aydına görə Premyer Liqanın ən yaxşı komandası "Onun performansında olan yüksəliş açıq-aşkar görünür" "Bu matçda da vurduğum qol sayəsində qələbə qazandıq" Sona Ağayevadan tarixi üçüncülük Günün oyunları: MPL: "Sabah" Qəbələ, "Qarabağ" Sumqayıt səfərində "Zirə" doğma meydanda "Neftçi" üzərində qələbə qazanıb "Kəpəz" Gəncə şəhər stadionunda ilk qələbəsini qazanıb Premyer Liqa klublarının yay transferləri Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" "Zirə"yə uduzub Azər Məmmədov: “Vacib qələbə qazandıq” Mahir fərqləndi, komandası məğlub oldu Kurban Berdıyev: “Məni ən çox narahat edən…” Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb “Fənərbağça”dan “Ayaks”a Portuqaliya millisinin üzvü “Qalatasaray”da Krakovda 7 medal Stolüstü tennisçimiz finalda Misli Premyer Liqasının 5-ci və 6-cı turlarının təqvimi açıqlanıb Kamerunlu hücumçu "Gəncəbasar"da

“Klublar yerli futbolçuya görə yox, qələbə üçün oynayacaq” - Ceyhun Sultanov

Bölmə adı Azərbaycan / Manşet
Yayımlandı 8-09-2025, 16:13

AFFA-nın açıqladığı yeni qaydalara əsasən, legioner futbolçular üçün ödənilən rüsumlardan toplanacaq vəsait Premyer Liqa klubları arasında bölüşdürüləcək.

Yeni sistemə görə, yerli futbolçuların oynadığı dəqiqələrə uyğun olaraq klublara maliyyə bonusu veriləcək. Bəs bu qərar klubları yerli futbolçulara daha çox şans verməyə vadar edəcəkmi? Klublar bu sistemdən nə dərəcədə faydalana bilər? Mövzuyla bağlı Sport1.az-a danışan mütəxəssis Ceyhun Sultanov məsələni bu cür şərh etdi:

"Düzdür, klublara az da olsa maddi yardım olacaq. Amma ümumi götürəndə, əgər qalib gəlmək istəyirsənsə, hansı futbolçunu oynatdığın önəmli deyil. Mən düşünürəm ki, hər bir klub qələbə üçün oynayacaq və meydanda nəticəyə hesablanmış qərarlar veriləcək. Orada məşqçilər 'bu yerli futbolçudur, ona şans verim' düşüncəsilə yanaşmayacaqlar".

Sultanov sistemin müsbət tərəflərini də qeyd etdi:

"Məşqçilərin yanaşmasından çox şey asılıdır. Ümumilikdə isə bu addım yaxşı haldır. Klublar verdikləri pulların bir hissəsini geri ala biləcəklər. Kimlər bu fürsətdən istifadə edəcək, kimlər yerli futbolçulara şans verəcək – bunu zaman göstərəcək. Amma prinsiplə götürəndə, bu, müsbət addımdır".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR