son dəqiqə SON DƏQİQƏ
Premyer Liqa klubu baş məşqçi ilə yolları ayırdı "Şahdağ Qusar"da yeni sözləşmə "Zirə" tarixində üçüncə dəfə uğurlu seriyanı təkrarlamağı bacarıb Gəncə şəhər stadionunda "Qarabağ" Dani Boltla vidalaşıb Rəşad Sadıqov üçün yubiley matçı Eren Aydına görə Premyer Liqanın ən yaxşı komandası "Onun performansında olan yüksəliş açıq-aşkar görünür" "Bu matçda da vurduğum qol sayəsində qələbə qazandıq" Sona Ağayevadan tarixi üçüncülük Günün oyunları: MPL: "Sabah" Qəbələ, "Qarabağ" Sumqayıt səfərində "Zirə" doğma meydanda "Neftçi" üzərində qələbə qazanıb "Kəpəz" Gəncə şəhər stadionunda ilk qələbəsini qazanıb Premyer Liqa klublarının yay transferləri Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" "Zirə"yə uduzub Azər Məmmədov: “Vacib qələbə qazandıq” Mahir fərqləndi, komandası məğlub oldu Kurban Berdıyev: “Məni ən çox narahat edən…” Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb “Fənərbağça”dan “Ayaks”a Portuqaliya millisinin üzvü “Qalatasaray”da Krakovda 7 medal Stolüstü tennisçimiz finalda Misli Premyer Liqasının 5-ci və 6-cı turlarının təqvimi açıqlanıb Kamerunlu hücumçu "Gəncəbasar"da

"İslandiya məğlubiyyətini unutdurmaq istəyirik" - Mahir Emreli

Bölmə adı Milli
Yayımlandı 8-09-2025, 12:48

"Sabah bizi ağır oyun gözləyir. Ukrayna yığması haqda çox danışmağa ehtiyac yoxdur. Gücü bəlli olan rəqibə qarşı oynayacağıq. Usta futbolçuları var. Onlar da bura yüksək motivasiya ilə gəliblər. İlk oyunda uduzsalar da, istəyəcəklər ki, yaxşı nəticə qazansınlar. Biz də ən yaxşısını etməyə çalışacağıq".

Sport1.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin üzvü Mahir Emreli sabah DÇ-2026-nın seçmə mərhələsinin 2-ci turu çəçivəsində Bakıda Ukraynaya qarşı keçiriləcək matçdan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

28 yaşlı hücumçu ilk turda İslandiyaya 0:5 hesablı məğlubiyyəti unutdurmaq istədiklərini söylədi: "İslandiya məğlubiyyətini xalqımıza unutdurmaq istəyirik. Bu məğlubiyyət hər futbolçuya təsir edir, sonrakı oyuna hazırlıq prosesinə mane olur. Amma belə hallar baş verir. Dünənki matçlarda qeydə alınan nəticələri gördüz. Qısa müddətdə 2-3 oyun oynayanda, psixoloji cəhətdən tez bərpa olmaq lazıdmır".

M.Emreli Fernandu Santuşun istefaya göndərilməsindən də söz açdı: "Futbolda fərdi səhvlər, fərdi problemlər olmur. Hər kəs məsuliyyəti qəbul etməlidir. Tərifi və tənqidi qəbul etməliyik. Düşünürəm ki, idmanda pis zamanlar olur. Biz də neçə matçdır ki, yaxşı nəticələr qazanmırıq. Bu, hər futbolçunun üzərində təzyiq yaradır. Uşaqlar həm nəticələrlə, həm də təzyiqlə mübarizə aparırlar. Hər işdə belədir. Düşünürəm ki, bir az yaxşı nəticə qazansaq, üzərimizdəki təzyiqi azaldar və komanda yoldaşlarım bir az rahatlaşa bilərlər".

O, "Sabahkı oyunda bir az yaxşı nəticə nədir" sualını belə cavablandırdı: "İslandiyaya uduzmaq... Millidə oynadığım müddətdə 2 dəfə belə halla rastlaşmışam. Heç bir şəkildə oyun göstərə bilmirdik. Bunlar İsveç və İslandiya ilə səfərdəki oyunlardır. Macarıstanla Bakıda yaxşı mübarizə aparmışdıq. Sonda uduzduq. Bunda hardasa rəqibin ustalığı rol oynayır. Onların keyfiyyətli bizdən daha çoxdur. Bu da başadüşüləndir. Ən azından yaxşı futbol göstərib, həm azarkeşlərə, həm də sizlərə xoş əhval-ruhiyyə bəxş etməyə çalışacağıq. Biri var elə uduzmaq, biri də var oyun başlamamış uduzmaq. Bu da qəbuledilməzdir".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR