son dəqiqə SON DƏQİQƏ
Premyer Liqa klubu baş məşqçi ilə yolları ayırdı "Şahdağ Qusar"da yeni sözləşmə "Zirə" tarixində üçüncə dəfə uğurlu seriyanı təkrarlamağı bacarıb Gəncə şəhər stadionunda "Qarabağ" Dani Boltla vidalaşıb Rəşad Sadıqov üçün yubiley matçı Eren Aydına görə Premyer Liqanın ən yaxşı komandası "Onun performansında olan yüksəliş açıq-aşkar görünür" "Bu matçda da vurduğum qol sayəsində qələbə qazandıq" Sona Ağayevadan tarixi üçüncülük Günün oyunları: MPL: "Sabah" Qəbələ, "Qarabağ" Sumqayıt səfərində "Zirə" doğma meydanda "Neftçi" üzərində qələbə qazanıb "Kəpəz" Gəncə şəhər stadionunda ilk qələbəsini qazanıb Premyer Liqa klublarının yay transferləri Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" "Zirə"yə uduzub Azər Məmmədov: “Vacib qələbə qazandıq” Mahir fərqləndi, komandası məğlub oldu Kurban Berdıyev: “Məni ən çox narahat edən…” Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb “Fənərbağça”dan “Ayaks”a Portuqaliya millisinin üzvü “Qalatasaray”da Krakovda 7 medal Stolüstü tennisçimiz finalda Misli Premyer Liqasının 5-ci və 6-cı turlarının təqvimi açıqlanıb Kamerunlu hücumçu "Gəncəbasar"da

"Hörmət olmayan yerdə biletin qiyməti önəmsizdir" - AÇIQLAMA

Bölmə adı Milli / Manşet
Yayımlandı 8-09-2025, 12:28

Azərbaycan millisi ilə Ukrayna yığması arasında keçiriləcək qarşılaşmanın biletləri satışa çıxarılıb.

AFFA-nın qərarına əsasən, bu oyuna bilet qiymətləri minimum 5 manat olaraq müəyyən edilib. Qurum bu məbləği azarkeşlər üçün "ən aşağı hədd" kimi təqdim edir. Bəs görəsən, milli komanda bu qiymətə tribunaları doldurmağa nail olacaqmı?

Məsələ ilə bağlı "Göyqurdlar" Azarkeş Birliyinin rəhbəri Elnur Şərifli Sport1.az-a fikirlərini bölüşdü. Onun sözlərinə görə, azarkeşlər üçün əsas məsələ qiymət yox, münasibətdir:

"Əslində problem bilet qiymətlərinin artırılmasında deyil, münasibətdədir. Biz illərdir ‘Sektor 11’dən ‘Göyqurdlara’ qədər millinin yanında olmuşuq – uduzanda da, qalib gələndə də. Heç vaxt qarşılıq gözləməmişik. Sadəcə bayrağımız və vətən sevgimiz üçün tribunada olmuşuq. Amma AFFA bu fədakarlığı dəyərləndirmədi və bizi faktiki olaraq ‘persona non grata’ elan etdi. Azarkeşin səsinə qulaq asılmır, dialoqdan qaçılır, hörmət göstərilmir".

Elnur Şərifli qeyd edir ki, bu cür yanaşma fonunda azarkeşin tribunaya gəlməsi çətinləşir:

"İndi sual olunur: uzun illər fədakarlıq edən fanatlara belə münasibət göstərilirsə, sadə azarkeşdən necə gözləyirlər ki, 5 manat verib stadiona gəlsin? Hətta pulsuz bilet təklif olunsa belə, insanları millinin oyununa cəlb etmək çətinləşir. Çünki azarkeş özünü dəyərli hiss etmir. Bu şəraitdə '5 manat verib bilet almağa dəyər' demək çətindir".

Azarkeş birliyi rəhbəri milli komandanın meydandakı çıxışının da gözləntiləri qarşılamadığını bildirdi:

"Təəssüf ki, bu gün milli komanda nə nəticə, nə də ruh baxımından azarkeşin istədiyini verir. Futbol sadəcə hesabla bitmir – azarkeş meydanda son saniyəyə qədər mübarizə görmək istəyir. Amma AFFA rəhbərliyi azarkeşi kənara itələyib, bizə qarşı soyuq və hörmətsiz münasibət sərgiləyir. Əgər komandada ürəkdən mübarizə yoxdursa və rəhbərlik azarkeşi dəyərli saymırsa, insanlar belə oyuna pul xərcləmək istəməzlər".

NİHAT KƏRİMLİ

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR