son dəqiqə SON DƏQİQƏ
Sona Ağayevadan tarixi üçüncülük Günün oyunları: MPL: "Sabah" Qəbələ, "Qarabağ" Sumqayıt səfərində "Zirə" doğma meydanda "Neftçi" üzərində qələbə qazanıb "Kəpəz" Gəncə şəhər stadionunda ilk qələbəsini qazanıb Premyer Liqa klublarının yay transferləri Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" "Zirə"yə uduzub Azər Məmmədov: “Vacib qələbə qazandıq” Mahir fərqləndi, komandası məğlub oldu Kurban Berdıyev: “Məni ən çox narahat edən…” Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb “Fənərbağça”dan “Ayaks”a Portuqaliya millisinin üzvü “Qalatasaray”da Krakovda 7 medal Stolüstü tennisçimiz finalda Misli Premyer Liqasının 5-ci və 6-cı turlarının təqvimi açıqlanıb Kamerunlu hücumçu "Gəncəbasar"da Bölgə klubunda iki ayrılıq Premyer Liqa təmsilçisində oynamış futbolçu bu klubda forma geyinəcək "Sabah"ın sabiq futbolçusu I Liqa təmsilçisi ilə müqavilə imzalayıb "Sabah" - "Zirə" matçının başlama saatı müəyyənləşib "Səbail"dən "Gəncəbasar"a UEFA tərəfindən Gəncə şəhər stadionu qiymətləndirilib "Sumqayıt"ın təşkil etdiyi Yay Futbol Düşərgəsində ilk mərhələ başa çatıb "Şəmkir"də 2 yeni müqavilə "Qarabağ" yeni transferlər üçün nə qədər pul ödəyib?

Azərbaycanın və klublarımızın UEFA-nın yenilənən reytinqində mövqeyi

Bölmə adı Futbol
Yayımlandı 31-08-2025, 09:49

Avropa kuboklarında təsnifat mərhələləri yekunlaşdıqdan sonra UEFA əmsallar reytinqini yeniləyib.

Sport1.az xəbər verir ki, klubların reytinqində Azərbaycan təmsilçilərindən “Qarabağ” mövsümün əvvəli ilə müqayisədə 12 pilləyə irəliləyərək 69-cu yerdən 57-ci pilləyə yüksəlib. Bu nəticə ilə onlar Azərbaycan klubları arasında birincidir.

Son 5 mövsümün yekunlarına əsasən hazırlanan siyahıda Azərbaycan klublarının mövqeyi aşağıda qeyd edilən kimidir:

57. “Qarabağ”

224. “Neftçi”

233. “Sabah”

252. “Zirə”

307. “Araz Naxçıvan”

308. “Sumqayıt”

309. “Qəbələ”

310. “Şamaxı”

Klubların reytinqinə “Real” Madrid başçılıq edir (123,500 əmsal).

Milli assosiasiyaların siyahısında isə Azərbaycan 26-cı yerdədir (21,000 əmsal). Ölkəmizon ən yaxın izləyicisi olan 27-ci yerdəki Sloveniya 20,718 əmsala malikdir.

Bu siyahıda isə reytinqə İngiltərə (95,005) başçılıq edir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR