son dəqiqə SON DƏQİQƏ
Sona Ağayevadan tarixi üçüncülük Günün oyunları: MPL: "Sabah" Qəbələ, "Qarabağ" Sumqayıt səfərində "Zirə" doğma meydanda "Neftçi" üzərində qələbə qazanıb "Kəpəz" Gəncə şəhər stadionunda ilk qələbəsini qazanıb Premyer Liqa klublarının yay transferləri Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" "Zirə"yə uduzub Azər Məmmədov: “Vacib qələbə qazandıq” Mahir fərqləndi, komandası məğlub oldu Kurban Berdıyev: “Məni ən çox narahat edən…” Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb “Fənərbağça”dan “Ayaks”a Portuqaliya millisinin üzvü “Qalatasaray”da Krakovda 7 medal Stolüstü tennisçimiz finalda Misli Premyer Liqasının 5-ci və 6-cı turlarının təqvimi açıqlanıb Kamerunlu hücumçu "Gəncəbasar"da Bölgə klubunda iki ayrılıq Premyer Liqa təmsilçisində oynamış futbolçu bu klubda forma geyinəcək "Sabah"ın sabiq futbolçusu I Liqa təmsilçisi ilə müqavilə imzalayıb "Sabah" - "Zirə" matçının başlama saatı müəyyənləşib "Səbail"dən "Gəncəbasar"a UEFA tərəfindən Gəncə şəhər stadionu qiymətləndirilib "Sumqayıt"ın təşkil etdiyi Yay Futbol Düşərgəsində ilk mərhələ başa çatıb "Şəmkir"də 2 yeni müqavilə "Qarabağ" yeni transferlər üçün nə qədər pul ödəyib?

"Qarabağ"la evdə oynamaq müsbət haldır" - "Benfika" rəsmisi

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 30-08-2025, 15:37

UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Benfika"nın baş meneceri Mario Branko püşkü dəyərləndirib.

Sport1.az xəbər verir ki, klub rəsmisi Azərbaycan çempionu ilə oyunun doğma meydanda keçiriləcəyini müsbət hal adlandırıb:

"Çempionlar Liqası böyüklüyünə, tarixinə və beynəlxalq nüfuzuna görə "Benfika"nın iştirak etməli olduğu yarışmadır. Qarşıda bizi böyük oyunlar gözləyir. Rəqiblərimizdən altısı 5 böyük liqadan, digəri isə Niderland təmsilçisi, böyük tarixi olan komandadır. Rəqiblərdən asılı olmayaraq "Benfika" kimi bir klub üçün Çempionlar Liqasındakı ilk məqsəd pley-off mərhələsinə vəsiqə qazanmaqdır. Səfər oyunlarına gəlincə, "Qarabağ"la evdə oynamaq müsbət haldır. Azərbaycana uzun səfər etməyəcəyik. Digər səfərlər normaldır. İkisi İngiltərəyə, biri İtaliyaya, digəri isə Niderlandadır. Matçları təhlil etmək və hazırlaşmaq üçün vaxtımız olacaq. Hazırda bütün diqqətimizi ölkə çempionatının "Alverka" ilə oyununa yönəldirik".

Qeyd edək ki, "Benfika" Liqa mərhələsində "Real", "Bayer", "Napoli" və "Qarabağ"la evdə, "Çelsi", "Yuventus", "Ayaks" və "Nyukasl"la səfərdə qarşılaşacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR