son dəqiqə SON DƏQİQƏ
Sona Ağayevadan tarixi üçüncülük Günün oyunları: MPL: "Sabah" Qəbələ, "Qarabağ" Sumqayıt səfərində "Zirə" doğma meydanda "Neftçi" üzərində qələbə qazanıb "Kəpəz" Gəncə şəhər stadionunda ilk qələbəsini qazanıb Premyer Liqa klublarının yay transferləri Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" "Zirə"yə uduzub Azər Məmmədov: “Vacib qələbə qazandıq” Mahir fərqləndi, komandası məğlub oldu Kurban Berdıyev: “Məni ən çox narahat edən…” Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb “Fənərbağça”dan “Ayaks”a Portuqaliya millisinin üzvü “Qalatasaray”da Krakovda 7 medal Stolüstü tennisçimiz finalda Misli Premyer Liqasının 5-ci və 6-cı turlarının təqvimi açıqlanıb Kamerunlu hücumçu "Gəncəbasar"da Bölgə klubunda iki ayrılıq Premyer Liqa təmsilçisində oynamış futbolçu bu klubda forma geyinəcək "Sabah"ın sabiq futbolçusu I Liqa təmsilçisi ilə müqavilə imzalayıb "Sabah" - "Zirə" matçının başlama saatı müəyyənləşib "Səbail"dən "Gəncəbasar"a UEFA tərəfindən Gəncə şəhər stadionu qiymətləndirilib "Sumqayıt"ın təşkil etdiyi Yay Futbol Düşərgəsində ilk mərhələ başa çatıb "Şəmkir"də 2 yeni müqavilə "Qarabağ" yeni transferlər üçün nə qədər pul ödəyib?

"Qarabağ" sabiq hücumçusunu geri gətirir - İDDİA

Bölmə adı Premyer Liqa
Yayımlandı 29-08-2025, 16:44

"Flamenqo" klubunun hücumçusu Juninyo Olavionun "Qarabağ"a mümkün dönüşü yenidən gündəmə gəlib.

Sport1.az Azərbaycan təmsilçisinin 28 yaşlı braziliyalı forvardla danışıqları yenidən başladığı bildirilir. "Qarabağ"ın UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi, həmçinin Juninyonun "Flamenqo"da əsas heyətə düşməkdə çətinlik çəkməsi bu keçidin reallaşma ehtimalını artırır.

Braziliya klubunun baş məşqçisi Filipe Luis son açıqlamasında heyətdən razı olduğunu, lakin bəzi oyunçuların komandanı tərk edə biləcəyini qeyd edib. Məlumatlara görə, bu siyahıda ilk sırada Juninyo yer alır.

2024-cü ilin yanvarında 5 milyon avroya "Qarabağ"dan ayrılan hücumçu keçmiş klubuna qayıtmaq istəyindədir. "Qarabağ" isə onu birillik icarəyə götürmək niyyətindədir. Digər tərəfdən, "Flamenqo" oyunçunu tam şəkildə transfer etmək istəyir. Hazırda maliyyə məsələləri ilə bağlı danışıqlar davam etdirilir və Juninyonun geri dönmək arzusu bu prosesə təsir edə bilər.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR