son dəqiqə SON DƏQİQƏ
Sona Ağayevadan tarixi üçüncülük Günün oyunları: MPL: "Sabah" Qəbələ, "Qarabağ" Sumqayıt səfərində "Zirə" doğma meydanda "Neftçi" üzərində qələbə qazanıb "Kəpəz" Gəncə şəhər stadionunda ilk qələbəsini qazanıb Premyer Liqa klublarının yay transferləri Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" "Zirə"yə uduzub Azər Məmmədov: “Vacib qələbə qazandıq” Mahir fərqləndi, komandası məğlub oldu Kurban Berdıyev: “Məni ən çox narahat edən…” Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb “Fənərbağça”dan “Ayaks”a Portuqaliya millisinin üzvü “Qalatasaray”da Krakovda 7 medal Stolüstü tennisçimiz finalda Misli Premyer Liqasının 5-ci və 6-cı turlarının təqvimi açıqlanıb Kamerunlu hücumçu "Gəncəbasar"da Bölgə klubunda iki ayrılıq Premyer Liqa təmsilçisində oynamış futbolçu bu klubda forma geyinəcək "Sabah"ın sabiq futbolçusu I Liqa təmsilçisi ilə müqavilə imzalayıb "Sabah" - "Zirə" matçının başlama saatı müəyyənləşib "Səbail"dən "Gəncəbasar"a UEFA tərəfindən Gəncə şəhər stadionu qiymətləndirilib "Sumqayıt"ın təşkil etdiyi Yay Futbol Düşərgəsində ilk mərhələ başa çatıb "Şəmkir"də 2 yeni müqavilə "Qarabağ" yeni transferlər üçün nə qədər pul ödəyib?

Azərbaycan millisinin heyəti açıqlandı

Bölmə adı Milli
Yayımlandı 29-08-2025, 11:32

Azərbaycan milli komandasının DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə İslandiya (5 sentyabr) və Bakıda Ukrayna (9 sentyabr) yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.

Sport1.az AFFA-nın saytına istinadən xəbər verir ki, millimizin baş məşqçisi Fernandu Santuş AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında komandaya dəvət etdiyi futbolçuların adlarını açıqlayıb.

Futbolçusu milliyə ən çox dəvət alan klub "Qarabağ" olub. Ağdam təmsilçisindən 7 futbolçu heyətə çağırılıb.

Portuqaliyalı mütəxəssis sentyabrın 1-dən təlim-məşq toplanışına başlayacaq heyətə aşağıdakı oyunçuları dəvət edib:

Qapıçılar: Rza Cəfərov ("Neftçi"), Şahrudin Məhəmmədəliyev ("Qarabağ"), Aydın Bayramov ("Zirə")

Müdafiəçilər: Abbas Hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov (hamısı "Qarabağ"), Qismət Alıyev ("Zirə"), Elvin Bədəlov ("Neftçi"), Cəlal Hüseynov ("Arda" Bolqarıstan), Rəhman Daşdəmirov ("Sabah"), Anton Krivotsyuk (“Daejeon Hana Siti”, Cənubi Koreya)

Yarımmüdafiəçilər: İsmayıl İbrahimli, Ceyhun Nuriyev ("Zirə"), Səbuhi Abdullazadə ("Sumqayıt"), Emin Mahmudov ("Neftçi"), Anatoli Nuriyev ("Sabah"), Ozan Can Kökçü ("Volendam" Niderland), Şahin Şahniyarov ("Qəbələ"),

Hücumçular: Mahir Emreli ("Kayzerslautern", Almaniya), Nəriman Axundzadə, Musa Qurbanlı (hər ikisi "Qarabağ"), Renat Dadaşov ("Motor", Polşa), Xəyal Əliyev ("Sabah")

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR