son dəqiqə SON DƏQİQƏ
Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" Zirə səfərindən xalsız qayıdır Azər Məmmədov: “Vacib qələbə qazandıq” Mahir fərqləndi, komandası məğlub oldu Kurban Berdıyev: “Məni ən çox narahat edən…” Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb “Fənərbağça”dan “Ayaks”a Portuqaliya millisinin üzvü “Qalatasaray”da Krakovda 7 medal Stolüstü tennisçimiz finalda Misli Premyer Liqasının 5-ci və 6-cı turlarının təqvimi açıqlanıb Kamerunlu hücumçu "Gəncəbasar"da Bölgə klubunda iki ayrılıq Premyer Liqa təmsilçisində oynamış futbolçu bu klubda forma geyinəcək "Sabah"ın sabiq futbolçusu I Liqa təmsilçisi ilə müqavilə imzalayıb "Sabah" - "Zirə" matçının başlama saatı müəyyənləşib "Səbail"dən "Gəncəbasar"a UEFA tərəfindən Gəncə şəhər stadionu qiymətləndirilib "Sumqayıt"ın təşkil etdiyi Yay Futbol Düşərgəsində ilk mərhələ başa çatıb "Şəmkir"də 2 yeni müqavilə "Qarabağ" yeni transferlər üçün nə qədər pul ödəyib? Kanadalı futbolçu "Xankəndi"də Bölgə klubunda yeni sözləşmə Nəzirinin köməkçiləri müəyyənləşib "Araz-Naxçıvan"ın rəqibləri bəlli olub Yığmamızın futbolçularının yeni klubları müəyyənləşib Dieqo Rosa "Qarabağ"da

"Biz bu yarışda yeniyik" - Elmar Baxşıyev

Bölmə adı Premyer Liqa
Yayımlandı 24-08-2025, 21:52

"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 2-ci turunda "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Sport1.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:

"Bizi nəyin gözlədiyini bilirdik. Ağır oyun alındı. Hər iki komanda meydanda mübarizə apardı. İstədiyimizi etməyə çalışdıq və demək olar, istədiyim komandanı gördüm. Mövsümün gedişində hücum və müdafiə planında daha yaxşı oynayacağımızı düşünürəm.Yaxşı, mübarizəli oyun getdi. Futbolçular bu dinamikaya uyğunlaşırsa, təqdirəlayiqdir".

Mütəxəssis komandada olan təzyiqdən də söz açıb:

"Hansısa təzyiqin olduğunu düşünmürəm. Avrokuboklarda daha yaxşısını etməyə çalışdıq, amma alınmadı. İşimizi davam etdiririk. Tənqidə açığıq, amma işimizi şayələrə uyğun qurmuruq. Ümidverici məqam odur ki, komandam geridönüş etməyi bacarır və möhkəmdir".

O, komandasının avrokuboklardakı çıxışından danışıb:

"Heyətimizə 4-5 futbolçu cəlb etdiksə, mütləq qruplarda oynamalı deyilik. Avrokuboklar istəklə bağlı deyil, bunun üçün tədricən komanda formalaşmalıdır. "Qarabağ" nümunəsi var, onlar da qruplara addım-addım yaxınlaşdılar. Biz də bu yarışda yeniyik. Amma niyəsə hər dəfə neqativ mənada "Araz-Naxçıvan" göstərilir".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR