son dəqiqə SON DƏQİQƏ

Dieqo Rosa "Qarabağ"da - RƏSMİ

Bölmə adı Qarabağ
Yayımlandı Bu gün, 12:23

"Qarabağ" daha bir futbolçunun transferini gerçəkləşdirib.

Sport1.az xəbər verir ki, Kiprin APOEL klubu ilə danışıqlar uğurla yekunlaşıb və braziliyalı yarımmüdafiəçi Dieqo Rosa icarə əsasında Ağdam təmsilçisinə keçib.

Anlaşmaya əsasən, 1 illik icarə müddətinin sonunda "Qarabağ"ın 23 yaşlı yarımmüdafiəçini transfer etmək opsiyası var.

2021-ci ildə “Qremio”dan "Mançester Siti"yə transfer olunan Rosa "Lommel" (Belçika), "Vizela" (Portuqaliya), "Bahia" və "İnter" (hər ikisi Braziliya) klublarında çıxış edib.

O, 2025-ci ildə APOEL-ə keçib.

Rosa Braziliyanın U-16 və U-17 milli komandalarında çıxış edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR