son dəqiqə SON DƏQİQƏ
Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" Zirə səfərindən xalsız qayıdır Azər Məmmədov: “Vacib qələbə qazandıq” Mahir fərqləndi, komandası məğlub oldu Kurban Berdıyev: “Məni ən çox narahat edən…” Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb “Fənərbağça”dan “Ayaks”a Portuqaliya millisinin üzvü “Qalatasaray”da Krakovda 7 medal Stolüstü tennisçimiz finalda Misli Premyer Liqasının 5-ci və 6-cı turlarının təqvimi açıqlanıb Kamerunlu hücumçu "Gəncəbasar"da Bölgə klubunda iki ayrılıq Premyer Liqa təmsilçisində oynamış futbolçu bu klubda forma geyinəcək "Sabah"ın sabiq futbolçusu I Liqa təmsilçisi ilə müqavilə imzalayıb "Sabah" - "Zirə" matçının başlama saatı müəyyənləşib "Səbail"dən "Gəncəbasar"a UEFA tərəfindən Gəncə şəhər stadionu qiymətləndirilib "Sumqayıt"ın təşkil etdiyi Yay Futbol Düşərgəsində ilk mərhələ başa çatıb "Şəmkir"də 2 yeni müqavilə "Qarabağ" yeni transferlər üçün nə qədər pul ödəyib? Kanadalı futbolçu "Xankəndi"də Bölgə klubunda yeni sözləşmə Nəzirinin köməkçiləri müəyyənləşib "Araz-Naxçıvan"ın rəqibləri bəlli olub Yığmamızın futbolçularının yeni klubları müəyyənləşib Dieqo Rosa "Qarabağ"da

Fariz Yusifov: “Əliyar Ağayev son 10 ildə yetişən ən istedadlı hakimimizdir” - AÇIQLAMA

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 20-08-2025, 13:21

2024/25 mövsümünün “ən yaxşı hakimi” adına Əliyar Ağayev layiq görüldü.

FİFA referisi Premyer Liqa iştirakçılarının baş məşqçilərinin, kapitanlarının səsverməsi nəticəsində bu mükafata sahib oldu.

Əliyar Ağayev bu ada layiq idi? Sualımızı veteran hakim Fariz Yusifova ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:

“Keçən mövsüm Əliyar Ağayev özünü yaxşı tərəfdən göstərdi. Cəmi bir çempionat matçında balaca nöqsanı oldu. O da qabardılası bir şey deyildi. Qiymətləndirməsi də 7,9 idi. Əliyar çempionatı stabil keçirdi. Hələ mən hakimlik etdiyim vaxtlardan, gəncliyindən onu tanıyıram. Əliyar mənim yanımda böyüyüb. Çox vaxt bizimlə birgə təyinat alır və 4-cü hakim olurdu. Həmişə də məndən və digər təcrübəli referilərdən məsləhətlər alar, daim üzərində işləyər və savadını artırmaq üçün əlindən gələni edərdi. Bilirsiniz, Azərbaycanın futbol hakimliyi məktəbi dünya üzrə tanınır. Bizim Tofiq Bəhramov kimi əfsanəmiz var. İstedadlı referilərin yetişməsi gözləniləndir. Hər birimizin müəyyən hakimlik illəri olub. Hər dövrün öz qanun-qaydaları olub. Əliyar Ağayev son 10 ildə yetişən ən istedadlı hakimimizdir. Düzdür, son vaxtlar Elçin Məsiyevdə də hərəkətlilik, inkişaf görürük. UEFA-dan da təyinatlar alır. Amma onun Əliyar səviyyəsinə çatmasına hələ çox var. Bəzən onun idarəçiliyinə nəzər yetirəndə, özümdəki hakimliyə baxışı hiss edirəm. Əliyar həm tərbiyəsi, həm qanacağı, həm də mərifəti ilə bütün hakimlərdən seçilib. Xülasə, Əliyarın “ən yaxşı hakim” və köməkçisi Zeynal Zeynalovun “ən yaxşı laysman” adına layiq görülməsi təqdirə layiqdir. Onlar bunu əziyyətləri və obyektiv idarəçilikləri ilə qazanıblar. Əliyar Ağayevin bu qədər uğur qazanmasında az da olsa mənim də zəhmətim var. O, hər bir zirvəni fəth edəndə özümü xoşbəxt hesab edirəm”.

MİRZƏ S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR