Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ" səfərdə "Ferentsvaroş"u məğlub etdi - 3:1.Sport1.az xəbər verir ki, görüşdən sonra macarların prezidenti Qabor Kubatov şəxsi sosial şəbəkə hesabında paylaşım edib. Klub rəhbəri komandasına dəstək olub:
"Qarabağ”ı təbrik edirəm. Bu gün hər şey onların istədiyi kimi oldu. Amma biz heç vaxt təslim olmayan komandayıq. İrəli, “Ferentsvaroş!"