son dəqiqə SON DƏQİQƏ
Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" Zirə səfərindən xalsız qayıdır Azər Məmmədov: “Vacib qələbə qazandıq” Mahir fərqləndi, komandası məğlub oldu Kurban Berdıyev: “Məni ən çox narahat edən…” Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb “Fənərbağça”dan “Ayaks”a Portuqaliya millisinin üzvü “Qalatasaray”da Krakovda 7 medal Stolüstü tennisçimiz finalda Misli Premyer Liqasının 5-ci və 6-cı turlarının təqvimi açıqlanıb Kamerunlu hücumçu "Gəncəbasar"da Bölgə klubunda iki ayrılıq Premyer Liqa təmsilçisində oynamış futbolçu bu klubda forma geyinəcək "Sabah"ın sabiq futbolçusu I Liqa təmsilçisi ilə müqavilə imzalayıb "Sabah" - "Zirə" matçının başlama saatı müəyyənləşib "Səbail"dən "Gəncəbasar"a UEFA tərəfindən Gəncə şəhər stadionu qiymətləndirilib "Sumqayıt"ın təşkil etdiyi Yay Futbol Düşərgəsində ilk mərhələ başa çatıb "Şəmkir"də 2 yeni müqavilə "Qarabağ" yeni transferlər üçün nə qədər pul ödəyib? Kanadalı futbolçu "Xankəndi"də Bölgə klubunda yeni sözləşmə Nəzirinin köməkçiləri müəyyənləşib "Araz-Naxçıvan"ın rəqibləri bəlli olub Yığmamızın futbolçularının yeni klubları müəyyənləşib Dieqo Rosa "Qarabağ"da

Vidadi Rzayev: “Kəpəz”də kreslo sahibləri arasından yenə gedənlər olacaq” - AÇIQLAMA

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 20-08-2025, 09:11

“Kəpəz” yeni mövsümə “Sumqayıt”a darmadağın olaraq başladı.

Gəncə təmsilçisində hazırda xaos hökm sürür. Klub 4 ay ərzində 2 dəfə rəhbər dəyişib. Baş verənlərin səbəbi nədir? “Kəpəz”də nə zaman durğunluq olacaq?

Suallarımızı Vidadi Rzayevə ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:

“Kəpəz”də olan dəyişiklikləri əvvəlcədən görürdüm. Bunun gec-tez reallaşacağını da vurğulamışdım. “Turan Tovuz”da baş verənlər hazırda “sarı-göylər”də təkrarlanır. Ehtiram Quliyev Tovuz klubunun sükanı arxasına keçəndən sonra bəzi vəzifədə olanları yola saldığı kimi yeni “Kəpəz” rəhbərliyi eyni ssenarini həyata keçirir. Kluba öz kadrlarını gətirirlər. Yeni rəhbərlik görünməyən qüvvə kimidir. Onlar haqqında dəqiq məlumat yoxdur. Amma bir tərəfdən kimlərisə klubdan göndərirlər. Hesab edirəm ki, “Kəpəz”də kreslo sahibləri arasından yenə gedənlər olacaq. “Kəpəz” Azərbaycanın köklü klublarından biridir. Arzumuz həmişə odur ki, Gəncəmizin təmsilçisinin adı yuxarı yerlərdən gəlsin. Amma bu günkü reallıq odur ki, çempionatda qalmaq üçün mübarizə aparan 4 klub varsa, onlardan biri də “Kəpəz”dir. İstənilən halda, doğma komandamıza yeni mövsümdə uğurlar arzu edirəm”.

MİRZƏ S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR