son dəqiqə SON DƏQİQƏ
Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" Zirə səfərindən xalsız qayıdır Azər Məmmədov: “Vacib qələbə qazandıq” Mahir fərqləndi, komandası məğlub oldu Kurban Berdıyev: “Məni ən çox narahat edən…” Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb “Fənərbağça”dan “Ayaks”a Portuqaliya millisinin üzvü “Qalatasaray”da Krakovda 7 medal Stolüstü tennisçimiz finalda Misli Premyer Liqasının 5-ci və 6-cı turlarının təqvimi açıqlanıb Kamerunlu hücumçu "Gəncəbasar"da Bölgə klubunda iki ayrılıq Premyer Liqa təmsilçisində oynamış futbolçu bu klubda forma geyinəcək "Sabah"ın sabiq futbolçusu I Liqa təmsilçisi ilə müqavilə imzalayıb "Sabah" - "Zirə" matçının başlama saatı müəyyənləşib "Səbail"dən "Gəncəbasar"a UEFA tərəfindən Gəncə şəhər stadionu qiymətləndirilib "Sumqayıt"ın təşkil etdiyi Yay Futbol Düşərgəsində ilk mərhələ başa çatıb "Şəmkir"də 2 yeni müqavilə "Qarabağ" yeni transferlər üçün nə qədər pul ödəyib? Kanadalı futbolçu "Xankəndi"də Bölgə klubunda yeni sözləşmə Nəzirinin köməkçiləri müəyyənləşib "Araz-Naxçıvan"ın rəqibləri bəlli olub Yığmamızın futbolçularının yeni klubları müəyyənləşib Dieqo Rosa "Qarabağ"da

"Qələbəyə yaxın tərəf biz idik" - Rəşad Sadıqov

Bölmə adı Premyer Liqa
Yayımlandı 19-08-2025, 22:34

Misli Premyer Liqasında 2025/2026 mövsümünün ilk turunun son matçında "Zirə" öz meydanında "Araz-Naxçıvan"ı qəbul edib. Zirə İdman Kompleksinin stadionunda keçirilən matç 1:1 hesablı bərabərliklə başa çatıb.

Sport1.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavblandırıb:

"Çempionatın ilk oyunları ağır keçir. Oyunçularım yaxşı ustalıq göstərdilər. Çempionatın favorit komandalarından birinə qarşı baxımlı oyun göstərdilər. Düşünürəm ki, qələbəyə yaxın tərəf biz idik. Hesab 1:0 olarkən də, 1-1 olarkən də qol epizodlarımız var idi. Bunlardan istifadə edə bilmədik. Rəqib standart vəziyətdən qol vurdu. Həmin epizodda da zəncirvari səhvlərimiz oldu. Ümumilikdə oyunçularımın göstərdiyi performansdan çox razı qaldım.

- Sizcə, hakim oyunun nəticəsinə öz təsirini göstərdimi?

- Oyun içində olan narazılıqlarımız təbiidir. Matçdan sonra biz də baxırıq, nəticəyə təsir edən epizodlar da olur. Qarşılaşma zamanı verilən reaksiyalar fərqli olur. Bəzən elə olur ki, həqiqətən oyunun gərginliyindən dolayı bəzi dialoqlar olur. Ümumilikdə bu oyunda hakimlikdən narazı qalmadım. 1-ci hissədə vurduğumuz qol sayılmadı. Bu epizodda topun ələ dəyməsi bilmirəm necə yorumlanır. Demirəm ki, səhv qərardır.

- Felipe Santosun sizinlə olan epizodu haqqında düşüncələriniz?

- Top əlimdəydi. Santos sərt şəkildə götürdü. Bu oyun zamanı futbolçular arasında olur. Bir mənlən qalmışdı bunu etmədiyi. Bu da oldu. Xasiyyəti belədi. Belə də qəbul etməliyik.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR