son dəqiqə SON DƏQİQƏ
Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" Zirə səfərindən xalsız qayıdır Azər Məmmədov: “Vacib qələbə qazandıq” Mahir fərqləndi, komandası məğlub oldu Kurban Berdıyev: “Məni ən çox narahat edən…” Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb “Fənərbağça”dan “Ayaks”a Portuqaliya millisinin üzvü “Qalatasaray”da Krakovda 7 medal Stolüstü tennisçimiz finalda Misli Premyer Liqasının 5-ci və 6-cı turlarının təqvimi açıqlanıb Kamerunlu hücumçu "Gəncəbasar"da Bölgə klubunda iki ayrılıq Premyer Liqa təmsilçisində oynamış futbolçu bu klubda forma geyinəcək "Sabah"ın sabiq futbolçusu I Liqa təmsilçisi ilə müqavilə imzalayıb "Sabah" - "Zirə" matçının başlama saatı müəyyənləşib "Səbail"dən "Gəncəbasar"a UEFA tərəfindən Gəncə şəhər stadionu qiymətləndirilib "Sumqayıt"ın təşkil etdiyi Yay Futbol Düşərgəsində ilk mərhələ başa çatıb "Şəmkir"də 2 yeni müqavilə "Qarabağ" yeni transferlər üçün nə qədər pul ödəyib? Kanadalı futbolçu "Xankəndi"də Bölgə klubunda yeni sözləşmə Nəzirinin köməkçiləri müəyyənləşib "Araz-Naxçıvan"ın rəqibləri bəlli olub Yığmamızın futbolçularının yeni klubları müəyyənləşib Dieqo Rosa "Qarabağ"da

Zirədə avrokubok səviyyəsində oyun - AFİŞA

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 19-08-2025, 12:50

Bu gün Misli Premyer Liqasının ilk turunun son qarşılaşması keçiriləcək.

"Zirə" öz meydanında "Araz Naxçıvan"ı qəbul edəcək. Hər iki komanda bu mövsüm ölkəmizi avrokuboklarda təmsil etdi. Rəşad Sadıqovun komandası Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Xorvatiyanın "Hayduk" kollektivinə məğlub olaraq mübarizəni dayandırdı. Uduzmaqlarına baxmayaraq "qartallar" rəqibinə hər iki oyunda çətin anlar yaşaddı. "Zirə"nin heyətində boşluqlar var. Zədəlilərin çoxluğu da komandaya problem yaradacaq. Bakı təmsilçisi bu çatışmazlıqlara rəğmən, Premyer Liqada fərq yarada biləcək gücdədir.

"Araz Naxçıvan" isə Yunanıstan "Aris"i üzərində inamlı qələbə qazanaraq Konfrans Liqasının 3-cü təsnifat mərhələsinə yüksəldi. Lakin burada Kiprin "Omoniya" kollektivinə hər iki oyunda biabırçı nəticə ilə məğlub olaraq mübarizəni dayandırdı. Bu oyunlar göstərdi ki, naxçıvanlıların müdafiəsində ciddi problemlər var. Məhz bu məqam Elmar Baxşıyevə çempionatda ciddi çətinliklər yarada bilər.

Kollektivlər "transfer pəncərəsi"ndə heyətinə yaxşı futbolçular cəlb etdilər. Lakin "Araz-Naxçıvan"ın bu məsələdə bir addım öndə olduğunu söyləyə bilərik.

Bu gün Zirədə avrokubok səviyyəsində oyun izləyə bilərik. Hər iki komandanın hazırlığı bunu deməyimizə əsas səbəbdir. Kollektivlərdən hansının üstün olduğunu isə oyunda izləyəcəyik.

Maraq üçün qeyd edək ki, bu komandalar indiyədək 8 dəfə üz-üzə gəlib. Bu görüşlərdə hər iki tərəf 3 qələbə qazanıb, 2 oyun isə heç-heçə başa çatıb. Top fərqində “Zirə” az fərqlə üstündür – 6:4.

Misli Premyer Liqası
I dövrə, 1-ci tur
“Zirə” – “Araz-Naxçıvan”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Elvin Bayramov
VAR hakimi: Nicat İsmayıllı
VAR hakiminin köməkçisi: Asiman Əzizli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Bakı. Zirə İdman Kompleksinin stadionu. Saat 20:00.

XƏLİL İBADLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR