son dəqiqə SON DƏQİQƏ
Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" Zirə səfərindən xalsız qayıdır Azər Məmmədov: “Vacib qələbə qazandıq” Mahir fərqləndi, komandası məğlub oldu Kurban Berdıyev: “Məni ən çox narahat edən…” Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb “Fənərbağça”dan “Ayaks”a Portuqaliya millisinin üzvü “Qalatasaray”da Krakovda 7 medal Stolüstü tennisçimiz finalda Misli Premyer Liqasının 5-ci və 6-cı turlarının təqvimi açıqlanıb Kamerunlu hücumçu "Gəncəbasar"da Bölgə klubunda iki ayrılıq Premyer Liqa təmsilçisində oynamış futbolçu bu klubda forma geyinəcək "Sabah"ın sabiq futbolçusu I Liqa təmsilçisi ilə müqavilə imzalayıb "Sabah" - "Zirə" matçının başlama saatı müəyyənləşib "Səbail"dən "Gəncəbasar"a UEFA tərəfindən Gəncə şəhər stadionu qiymətləndirilib "Sumqayıt"ın təşkil etdiyi Yay Futbol Düşərgəsində ilk mərhələ başa çatıb "Şəmkir"də 2 yeni müqavilə "Qarabağ" yeni transferlər üçün nə qədər pul ödəyib? Kanadalı futbolçu "Xankəndi"də Bölgə klubunda yeni sözləşmə Nəzirinin köməkçiləri müəyyənləşib "Araz-Naxçıvan"ın rəqibləri bəlli olub Yığmamızın futbolçularının yeni klubları müəyyənləşib Dieqo Rosa "Qarabağ"da

Əcnəbi mütəxəssislərin dueli - AFİŞA

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 16-08-2025, 13:24

Bu gün Misli Premyer Liqasının 2025/26 mövsümünün ilk turunda növbəti qarşılaşmalar keçiriləcək.

Günün ilk oyunda "İmişli" Şamaxıda "Turan Tovuz"u qəbul edəcək. Əcnəbi mütəxəssislərin çalışdırdığı komandaların duelində favoriti Qərb təmsilçisidir. Ötən mövsüm Premyer Liqada 4-cü yerdə qərarlaşan “boz qurd” cari “futbol ili”ndə maksimum nəticə üçün mübarizə apacaq. Hər halda, klubun prezidentinin açıqlamasına inansaq, “Turan Tovuz” çempionluğa oynayır.

"İmişli" isə bu oyunda rəqibinə sürpriz yaşada bilər. “Pambıqçılar”ın hədəfi Premyer Liqada ilk “8-lik”də qərarlaşmaqdır. Bu səbəbdən də komanda çempionata marafona uğurlu başlamalıdır.

Heyət baxımından hansısa komandanı üstün görmək düzgün olmaz. Hər iki kollektiv yay "transfer pəncərəsi"ndə olduqca fəal oldular. Bölgə təmsilçilərinin heyətlərinə yaxşı oyunçular qatdılarını açıq-aşkar söyləyə bilərik.

Oyunun nəticəsinə məşqçi amili təsir edə bilər. “Turan Tovuz” çalışdırıcısı Kurban Berdiyev təcrübəli mütəxəssisdir. Məşqçi artıq ikinci mövsümdür ki, burada çalışır. “Baba” ləqəbli mütəxəssis klub rəhbərliyinin iddiasından xəbərdardır. Qərb təmsilçisi bu mövsüm avrokuboklara vəsiqə qazanmasa, türkmən məşqçi üçün işlər qaydasında getməyəcək.

“İmişli”nin çalışdırıcısı Jorj Kaskilya isə özünü isbat etmək istəyir. Portuqaliyalını indiki məqamda Berdiyevlə müqayisə etmək düzgün deyil. Məşqçi Premyer Liqada debüt matçında uğurlu nəticə əldə etməyə çalışacaq. Həm mediada, həm də ictimaiyyətdə Jorj Kaskilyanın təyinatına isti yanaşılmadı. Bir çoxları portuqaliyanın “İmişli”də uğursuz olacağını düşünür. Jorj Kasilkaya “Turan Tovuz”la oyunda bunun əksini sübut etməyə çalışacaq.

Maraq üçün bildirək ki, bu kollektivlər indiyə kimi Premyer Liqada üz-üzə gəlməyiblər. Oyunu FİFA referisi Kamal Umudlu idarə edəcək.

Misli Premyer Liqası

16 avqust

I dövrə, 1-ci tur

“İmişli” – “Turan Tovuz”


Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Cavid Cəlilov
VAR hakimi: Tural Qurbanov
VAR hakiminin köməkçisi: Eyyub İbrahimov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şamaxı. Şəhər stadionu. Saat 17:00.

XƏLİL İBADLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR