son dəqiqə SON DƏQİQƏ
Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" Zirə səfərindən xalsız qayıdır Azər Məmmədov: “Vacib qələbə qazandıq” Mahir fərqləndi, komandası məğlub oldu Kurban Berdıyev: “Məni ən çox narahat edən…” Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb “Fənərbağça”dan “Ayaks”a Portuqaliya millisinin üzvü “Qalatasaray”da Krakovda 7 medal Stolüstü tennisçimiz finalda Misli Premyer Liqasının 5-ci və 6-cı turlarının təqvimi açıqlanıb Kamerunlu hücumçu "Gəncəbasar"da Bölgə klubunda iki ayrılıq Premyer Liqa təmsilçisində oynamış futbolçu bu klubda forma geyinəcək "Sabah"ın sabiq futbolçusu I Liqa təmsilçisi ilə müqavilə imzalayıb "Sabah" - "Zirə" matçının başlama saatı müəyyənləşib "Səbail"dən "Gəncəbasar"a UEFA tərəfindən Gəncə şəhər stadionu qiymətləndirilib "Sumqayıt"ın təşkil etdiyi Yay Futbol Düşərgəsində ilk mərhələ başa çatıb "Şəmkir"də 2 yeni müqavilə "Qarabağ" yeni transferlər üçün nə qədər pul ödəyib? Kanadalı futbolçu "Xankəndi"də Bölgə klubunda yeni sözləşmə Nəzirinin köməkçiləri müəyyənləşib "Araz-Naxçıvan"ın rəqibləri bəlli olub Yığmamızın futbolçularının yeni klubları müəyyənləşib Dieqo Rosa "Qarabağ"da

“Kəpəz”ə 3 ilimi vermişəm” – Yeqor Xvalko

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 15-08-2025, 12:51

"Kəpəz"in yola saldığı oyunçulardan biri də kapitan Yeqor Xvalkodur.

Belaruslu futbolçunun klubsuz qalması çox çəkmədi. Müdafiəçi Qazaxıstan "Tobol"una keçdi. "Sarı-göylər"in sabiq kapitanı Postsovet təmsilçisində legioner həyatı yaşaması və başqa variantlarının olub-olmaması barədə söhbət etdik. Xvalko mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:

"Kəpəz"dən ayrılandan sonra bir müddət vətənimdə istirahət edərək təklifləri nəzərdən keçirdim. Dəvətlər arasında ən cəlbedici və qətisi “Tobol”dan oldu. Onlar məni birbaşa müqaviləyə bağlamağa çağırdılar. Verdiyim qərardan məmnunam. Hazırda "Tobol" turnir cədvəlində ilk "3-lük"də yer alır. Bir şey dəqiqdir ki, yeni komandamla cempionatda qalmaq yox, daha böyük hədəflər ugrunda döyüşəcəyik. Bu mənim də karyeramda yeni səhifə və inkişaf deməkdir".

Futbolçu Azərbaycan klublarından təklif alıb-almaması barədə də danışdı:

"Kəpəz"dən ayrıldıqdan sonra Premyer Liqa təmsilçilərindən təkliflər gözlədim. Onsuz da məqsədim legioner həyatımı davam etdirmək idi. Azərbaycan futbol oynamaq üçün əlverişlidir. Amma təklif gəlmədi”.

Xvalko Azərbaycan və Qazaxıstan Premyer Liqalarını da müqayisə etmək istəmədi.

“Bu barədə hələlik nəsə deməyim çox tezdir. Çünki "Tobol"un heyətində az oyun keçirmişəm. “Kəpəz”ə isə 3 ilimi vermişəm. Ona görə də çempionatları müqayisə etməyin doğru zamanı olmadığını düşünürəm”.

MİRZƏ S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR