son dəqiqə SON DƏQİQƏ
Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" Zirə səfərindən xalsız qayıdır Azər Məmmədov: “Vacib qələbə qazandıq” Mahir fərqləndi, komandası məğlub oldu Kurban Berdıyev: “Məni ən çox narahat edən…” Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb “Fənərbağça”dan “Ayaks”a Portuqaliya millisinin üzvü “Qalatasaray”da Krakovda 7 medal Stolüstü tennisçimiz finalda Misli Premyer Liqasının 5-ci və 6-cı turlarının təqvimi açıqlanıb Kamerunlu hücumçu "Gəncəbasar"da Bölgə klubunda iki ayrılıq Premyer Liqa təmsilçisində oynamış futbolçu bu klubda forma geyinəcək "Sabah"ın sabiq futbolçusu I Liqa təmsilçisi ilə müqavilə imzalayıb "Sabah" - "Zirə" matçının başlama saatı müəyyənləşib "Səbail"dən "Gəncəbasar"a UEFA tərəfindən Gəncə şəhər stadionu qiymətləndirilib "Sumqayıt"ın təşkil etdiyi Yay Futbol Düşərgəsində ilk mərhələ başa çatıb "Şəmkir"də 2 yeni müqavilə "Qarabağ" yeni transferlər üçün nə qədər pul ödəyib? Kanadalı futbolçu "Xankəndi"də Bölgə klubunda yeni sözləşmə Nəzirinin köməkçiləri müəyyənləşib "Araz-Naxçıvan"ın rəqibləri bəlli olub Yığmamızın futbolçularının yeni klubları müəyyənləşib Dieqo Rosa "Qarabağ"da

Asif Məmmədov qocaldığını düşünür - AÇIQLAMA

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 15-08-2025, 11:34

Bu gün Premyer Liqada yeni mövsüm start götürəcək.

Mövsümün ilk oyununda “Karvan-Yevlax” “Qəbələ”ni qəbul edəcək. Bu qarşılaşma Asif Məmmədov üçün xüsusi əhəmiyyətlidir. Komanda ötən mövsüm I Liqada mübarizə aparsa da, kapitan kollektivi tək buraxmadı. “Qəbələ” ilə xüsusi bağlılığı olan Asif bu mövsüm də komandasına oyunçu kimi kömək olacaq?

Yarımmüdafiəçi mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:

"Avqustun 5 də 38 yaşım tamam oldu. Hazırda elə yaşındayam ki, zədə almaq ehtimalın çoxdur. Ona görə də yeni mövsümdən oynayan-məsqci kimi davam edəcəm. Təbii ki, meydana çıxaraq oynamaq da istəyirəm. Amma reallıqları nəzərə almaq lazımdır. Artıq gənclərə maksimum şərait yaratmağın vaxtıdır".


"Qırmızı-qaralar"in ən təcrübəli üzvü Qəbələ Akademiyasının fəaliyyətinin məhdudlaşdırılması və vəsaitin azaldılmasıyla bağlı da fikir bildirdi:

"Akademiyamızın fəaliyyəti ilə bağlı heç bir problem yoxdur. Hər şey öz axarında gedir. Lakin seleksionerlərimiz artıq kənardan istedadlı uşaqları yox, ancaq Qəbələ və onun kəndlərində futbola marağı olanları üzə çıxarmağa çalışacaq. Gəlin, səmimi etiraf edək ki, 15 ildən çoxdur fəaliyyət göstərən akademiyamızdan nə qədər istedadlı futbolçular çıxsa da, qəbələli demək olar ki, yoxdur. Məsələn, gedib Bərdədən 5-10 istedadlı uşağı seçib, akademiyamıza gətirmək, onların təhsili, qidalanması, yaşayış yeri ilə təmin edilməsi və s. yetəri qədər xərclər tələb edir. Klub rəhbərliyi də bu cür məsrəfdən qaçaraq daha çox Qəbələnin özündə olan uşaqları axtarıb tapmaqda maraqlıdır".

MİRZƏ S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR