son dəqiqə SON DƏQİQƏ
Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" Zirə səfərindən xalsız qayıdır Azər Məmmədov: “Vacib qələbə qazandıq” Mahir fərqləndi, komandası məğlub oldu Kurban Berdıyev: “Məni ən çox narahat edən…” Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb “Fənərbağça”dan “Ayaks”a Portuqaliya millisinin üzvü “Qalatasaray”da Krakovda 7 medal Stolüstü tennisçimiz finalda Misli Premyer Liqasının 5-ci və 6-cı turlarının təqvimi açıqlanıb Kamerunlu hücumçu "Gəncəbasar"da Bölgə klubunda iki ayrılıq Premyer Liqa təmsilçisində oynamış futbolçu bu klubda forma geyinəcək "Sabah"ın sabiq futbolçusu I Liqa təmsilçisi ilə müqavilə imzalayıb "Sabah" - "Zirə" matçının başlama saatı müəyyənləşib "Səbail"dən "Gəncəbasar"a UEFA tərəfindən Gəncə şəhər stadionu qiymətləndirilib "Sumqayıt"ın təşkil etdiyi Yay Futbol Düşərgəsində ilk mərhələ başa çatıb "Şəmkir"də 2 yeni müqavilə "Qarabağ" yeni transferlər üçün nə qədər pul ödəyib? Kanadalı futbolçu "Xankəndi"də Bölgə klubunda yeni sözləşmə Nəzirinin köməkçiləri müəyyənləşib "Araz-Naxçıvan"ın rəqibləri bəlli olub Yığmamızın futbolçularının yeni klubları müəyyənləşib Dieqo Rosa "Qarabağ"da

"Sabah"ın baş məşqçisinə təşəkkür düşür" - "Levski"nin baş məşqçisi

Bölmə adı Konfrans Liqası
Yayımlandı 14-08-2025, 22:48

"Levski"nin baş məşqçisi Xose Velaskes UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsində "Sabah"ı 2:0 məğlub etdikləri oyunu şərh edib.

Sport1.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:

- Nəticəyə görə özümü xoşbəxt hiss edirəm. Komandam ilk dəqiqələrdən tapşırığı yerinə yetirdi. Evdə qazandığımız hesabı qorumaq haqda fikirləşmirdik. Burada da qələbə qazanmaq istəyirdik. Komandamla fəxr edirəm. Çətin oyun oldu. Rəqib keyfiyyətli oyunçulardan təşkil edilib. İndividual ustalığa görə, çətinlik yaratdılar. Amma biz pley-offdayıq.

- Komanda Bolqarıstandakı ilə müqayisədə, Bakıda daha rahat görünürdü. Fərq nə idi?

- Heyətə baxsaq, yalnız bir oyunçu dəyişikliyi olmuşdu. Sanqare yox idi. Amma ümumilikdə niyə rahat görünürdük? Futbolçular bilirdilər ki, meydanda nəyi etməlidirlər. Mənim qoyduğum tapşırıqları fədakarcasına və yüksək keyfiyyətlə yerinə yetirdiyi üçün komandam daha rahat görünürdü.

- "Sabah"ın heyətində hansısa futbolçunu xüsusi dəyərləndirərdiniz?

- "Sabah"ın yaxşı baş məşqçisi var. Fərdi olaraq hansısa oyunçuları fərqləndirməyi xoşlamıram. Zedadka İspaniyada mənim oyunçum olub. Digər fərdi ustalığı olan oyunçular da var. "Sabah"ın baş məşqçisinə bu cür komanda yaratdığı üçün təşəkkür düşür. Əminəm ki, klubun transfer bazarında xüsusi çəkisi var.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR