son dəqiqə SON DƏQİQƏ
Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" Zirə səfərindən xalsız qayıdır Azər Məmmədov: “Vacib qələbə qazandıq” Mahir fərqləndi, komandası məğlub oldu Kurban Berdıyev: “Məni ən çox narahat edən…” Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb “Fənərbağça”dan “Ayaks”a Portuqaliya millisinin üzvü “Qalatasaray”da Krakovda 7 medal Stolüstü tennisçimiz finalda Misli Premyer Liqasının 5-ci və 6-cı turlarının təqvimi açıqlanıb Kamerunlu hücumçu "Gəncəbasar"da Bölgə klubunda iki ayrılıq Premyer Liqa təmsilçisində oynamış futbolçu bu klubda forma geyinəcək "Sabah"ın sabiq futbolçusu I Liqa təmsilçisi ilə müqavilə imzalayıb "Sabah" - "Zirə" matçının başlama saatı müəyyənləşib "Səbail"dən "Gəncəbasar"a UEFA tərəfindən Gəncə şəhər stadionu qiymətləndirilib "Sumqayıt"ın təşkil etdiyi Yay Futbol Düşərgəsində ilk mərhələ başa çatıb "Şəmkir"də 2 yeni müqavilə "Qarabağ" yeni transferlər üçün nə qədər pul ödəyib? Kanadalı futbolçu "Xankəndi"də Bölgə klubunda yeni sözləşmə Nəzirinin köməkçiləri müəyyənləşib "Araz-Naxçıvan"ın rəqibləri bəlli olub Yığmamızın futbolçularının yeni klubları müəyyənləşib Dieqo Rosa "Qarabağ"da

"Sabah”la matçda daha sürətli oyun görəcəyik” - "Levski"nin baş məşqçisi

Bölmə adı Konfrans Liqası
Yayımlandı 13-08-2025, 21:30

“Levski"nin (Bolqarıstan) baş məşqçisi Xulio Velaskes UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunlarında "Sabah"a qarşı keçirəcəkləri matç haqda danışıb.

Sport1.az xəbər verir ki, o, görüşdən öncə keçirilən mətbuat konfransında deyib:

"İlk matçda son dəqiqə qolu ilə qələbə qazandıq, amma bu bizə cavab oyunu üçün rahatlıq verməməlidir. Uğurlu seriyamızı davam etdirmək istəyirik. Rəqibin müxtəlif mövqelərdə çox yaxşı futbolçuları var. Çətin oyun olacaq, amma məqsədimiz davam etməkdir".

Mütəxəssis hücum futbolu oynayacaqlarını bildirib: "Son oyunlarımızı kənara qoymalıyıq. “Sabah”la ilk matçda olduğu kimi bizim əsas hədəfimiz müdafiə olunmaq deyil. Prioritet topu ortada saxlayaraq hücuma aparmaqdır. Müdafiə olunmaq fikrində deyilik. Məncə, ilk görüşdən daha sürətli oyun görəcəyik”.

X.Velaskes mümkün penaltilər seriyası haqda da söz açıb: “Bizim artıq 1-ci və 2-ci təsnifat mərhələlərində “Hapoel Beer-Şeva” və “Braqa” ilə oyunlarda belə təcrübəmiz var. Amma istəyirik ki, işimizi əsas vaxtda həll edək”.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR