son dəqiqə SON DƏQİQƏ
Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" Zirə səfərindən xalsız qayıdır Azər Məmmədov: “Vacib qələbə qazandıq” Mahir fərqləndi, komandası məğlub oldu Kurban Berdıyev: “Məni ən çox narahat edən…” Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb “Fənərbağça”dan “Ayaks”a Portuqaliya millisinin üzvü “Qalatasaray”da Krakovda 7 medal Stolüstü tennisçimiz finalda Misli Premyer Liqasının 5-ci və 6-cı turlarının təqvimi açıqlanıb Kamerunlu hücumçu "Gəncəbasar"da Bölgə klubunda iki ayrılıq Premyer Liqa təmsilçisində oynamış futbolçu bu klubda forma geyinəcək "Sabah"ın sabiq futbolçusu I Liqa təmsilçisi ilə müqavilə imzalayıb "Sabah" - "Zirə" matçının başlama saatı müəyyənləşib "Səbail"dən "Gəncəbasar"a UEFA tərəfindən Gəncə şəhər stadionu qiymətləndirilib "Sumqayıt"ın təşkil etdiyi Yay Futbol Düşərgəsində ilk mərhələ başa çatıb "Şəmkir"də 2 yeni müqavilə "Qarabağ" yeni transferlər üçün nə qədər pul ödəyib? Kanadalı futbolçu "Xankəndi"də Bölgə klubunda yeni sözləşmə Nəzirinin köməkçiləri müəyyənləşib "Araz-Naxçıvan"ın rəqibləri bəlli olub Yığmamızın futbolçularının yeni klubları müəyyənləşib Dieqo Rosa "Qarabağ"da

Qurban Qurbanov və Albert Riera bu posta namizəddirlər - İDDİA

Bölmə adı Futbol
Yayımlandı 13-08-2025, 13:13

Moskva “Spartak”ı yeni baş məşqçi axtarışlarını davam etdirir.

Sport1.az xəbər verir ki, rəhbərliyin bu posta namizədlərinın sayı 3-ə düşüb.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da həmin namizədlər arasında qalıb. Azərbaycanın əfsanəfi məşqçisi kimi qələmə verilən 53 yaşlı mütəxəssisin ağdamlılarla avrokuboklarda qazandığı nailiyyət “Spartak” rəhbərliyinin diqqətini cəlb edir. Lakin onun Moskvaya köçmək ehtimalı digərlərinə nisbətən az hesab olunur.

İlk növbədə ona görə ki, “Qarabağ” Çempionlar Liqasında uğurlu çıxışını davam etdirir və Liqa mərhələsinin bir addımlığındadır. Digər tərəfdən isə Azərbaycanla Rusiya arasında siyasi münasibətlər qaydasında deyil. Bu fakt da hər iki tərəfi qayğılandırır.

“Spartak” rəhbərliyinin baş məşqçi postuna digər namizədləri isə “Krasnodar”ın sabiq baş məşqçisi Vladimir İviç və hazırda Sloveniyanın “Çelye” klubunu çalışdıran Albert Rieradır. İviçin üstünlüyü “Krasnodar”da uğurlu işi ilə yadda qalmasıdır. Lakin müdafiə futboluna üstünlük verməsi mənfi hal kimi qiymətləndirilir.

Riera isə hücum futboluna üstünlük verir və eyni zamanda Rusiya vətəndaşlığı var. Çünki həyat yoldaşı rusiyalıdır. Onun rəhbərlik etdiyi “Çelye” Avropa Liqasının I təsnifat mərhələsində “Sabah”ı üstələsə də (3:2, 3:3) mövsümə uğursuz başlanğıc edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR