son dəqiqə SON DƏQİQƏ
Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" Zirə səfərindən xalsız qayıdır Azər Məmmədov: “Vacib qələbə qazandıq” Mahir fərqləndi, komandası məğlub oldu Kurban Berdıyev: “Məni ən çox narahat edən…” Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb “Fənərbağça”dan “Ayaks”a Portuqaliya millisinin üzvü “Qalatasaray”da Krakovda 7 medal Stolüstü tennisçimiz finalda Misli Premyer Liqasının 5-ci və 6-cı turlarının təqvimi açıqlanıb Kamerunlu hücumçu "Gəncəbasar"da Bölgə klubunda iki ayrılıq Premyer Liqa təmsilçisində oynamış futbolçu bu klubda forma geyinəcək "Sabah"ın sabiq futbolçusu I Liqa təmsilçisi ilə müqavilə imzalayıb "Sabah" - "Zirə" matçının başlama saatı müəyyənləşib "Səbail"dən "Gəncəbasar"a UEFA tərəfindən Gəncə şəhər stadionu qiymətləndirilib "Sumqayıt"ın təşkil etdiyi Yay Futbol Düşərgəsində ilk mərhələ başa çatıb "Şəmkir"də 2 yeni müqavilə "Qarabağ" yeni transferlər üçün nə qədər pul ödəyib? Kanadalı futbolçu "Xankəndi"də Bölgə klubunda yeni sözləşmə Nəzirinin köməkçiləri müəyyənləşib "Araz-Naxçıvan"ın rəqibləri bəlli olub Yığmamızın futbolçularının yeni klubları müəyyənləşib Dieqo Rosa "Qarabağ"da

“Qarabağ” güclü komandadır, amma məğlubedilməz deyil”

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 13-08-2025, 12:11

“İlk 15 dəqiqəni nəzərə almasaq, müdafiədə çox yaxşı oynadıq. Amma bəzi çətinliklərimiz oldu. İkinci hissədə isə oyunu biz idarə etdik və rəqibin çox fürsəti olmadı”.

Sport1.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Ferensvaroş”un (Macarıstan) futbolçusu Bençe Etvöş 2-ci mərhələnin “Ludoqorets”lə ötən gecə keçirilən cavab matçı haqqında danışarkən deyib.

"Ferensvaroş" ilk görüşdə heç-heçə etdiyi Bolqarıstan təmsilçisini ikinci matçda 3 cavabsız qolla məğlub edərək pley-offa yüksəlib və “Qarabağ”a rəqib olub. Macarıstanlı yarımmüdafiəçi görüşdən sonra yerli “M4 Sport” televiziyasına açıqlamasında növbəti rəqibləri “Qarabağ” haqda da danışıb.

O, Azərbaycan təmsilçisinin güclü olmasını, buna baxmayaraq, daha da irəli getməyi hədəflədiklərini bildirib: “Məqsədimiz bu mərhələni də adlamaqdır. Çempionlar Liqasının qrup mərhələsinə düşmək istəyirik. “Qarabağ” güclü komandadır, amma məğlubedilməz deyil”.

Qeyd edək ki, "Qarabağ" "Fenersvaroş"la avqustun 19-da Budapeştdə, avqustun 27-də isə Bakıda qarşılaşacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR