son dəqiqə SON DƏQİQƏ
Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" Zirə səfərindən xalsız qayıdır Azər Məmmədov: “Vacib qələbə qazandıq” Mahir fərqləndi, komandası məğlub oldu Kurban Berdıyev: “Məni ən çox narahat edən…” Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb “Fənərbağça”dan “Ayaks”a Portuqaliya millisinin üzvü “Qalatasaray”da Krakovda 7 medal Stolüstü tennisçimiz finalda Misli Premyer Liqasının 5-ci və 6-cı turlarının təqvimi açıqlanıb Kamerunlu hücumçu "Gəncəbasar"da Bölgə klubunda iki ayrılıq Premyer Liqa təmsilçisində oynamış futbolçu bu klubda forma geyinəcək "Sabah"ın sabiq futbolçusu I Liqa təmsilçisi ilə müqavilə imzalayıb "Sabah" - "Zirə" matçının başlama saatı müəyyənləşib "Səbail"dən "Gəncəbasar"a UEFA tərəfindən Gəncə şəhər stadionu qiymətləndirilib "Sumqayıt"ın təşkil etdiyi Yay Futbol Düşərgəsində ilk mərhələ başa çatıb "Şəmkir"də 2 yeni müqavilə "Qarabağ" yeni transferlər üçün nə qədər pul ödəyib? Kanadalı futbolçu "Xankəndi"də Bölgə klubunda yeni sözləşmə Nəzirinin köməkçiləri müəyyənləşib "Araz-Naxçıvan"ın rəqibləri bəlli olub Yığmamızın futbolçularının yeni klubları müəyyənləşib Dieqo Rosa "Qarabağ"da

"Oyunla bağlı danışmağa gərək yoxdur" - "Şkendiya"nın baş məşqçisi

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 12-08-2025, 22:22

"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında "Şkendiya"nı 5:1 hesabı ilə məğlub etdi.

Sport1.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Şimali Makedoniya təmsilçisinin baş məşqçisi Jeton Beqiri jurnalsitlərin suallarını cavablandırıb:

- Bakıya mərhələ keçmək üçün gəlmişdiniz, amma tam fərqli nəticə oldu. Bunu necə izah edərdiniz?
- İlk növbədə "Qarabağ"ı və azarkeşlərini təbrik edirəm. "Qarabağ" qələbəyə layiq idi, bizdən çox yaxşı oynadılar. Oyuna gəldikdə, 1:5 uduzmuşuqsa, oyunla bağlı danışmağa çox sözüm yoxdur. Biz birinci hissədə çox pis oynadıq və 4 qol buraxdıq. Sabahdan oyunu analiz edəcəyik və Avropa Liqasının pley-off mərhələsi üçün motivasiya tapmağa çalışacağıq. "Qarabağ"a uğurlar arzulayıram.

- İlk oyunda fiziki problem yaşadığınızı demişdiniz. Sizcə, bu gün fiziki problem məğlubiyyətinizə səbəb oldu, yoxsa "Qarabağ"ın keyfiyyəti və səviyyəsi təsirini göstərdi?
- Çox səbəb var. İntensivlik və fiziki problem. Ən birinci problem odur ki, erkən qollar buraxdıq. Bu məsələdə problemləri həll etməliyik. Bizim çempionatla müqayisədə Çempionlar Liqasında gərginlik çox yüksəkdir.

- Bu hesab sizin üçün sürpriz oldu, yoxsa gözləyirdiz?
- 1:5 nəticəsini gözləmirdik. Daha yaxşı oynayıb, daha yaxşı nəticə istəyirdik. Bizim üçün əhəmiyyətli olan təcrübələrdən dərs çıxarmaqdır. Bu oyunlardan nəsə öyrənməyə çalışacağıq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR