son dəqiqə SON DƏQİQƏ
Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" Zirə səfərindən xalsız qayıdır Azər Məmmədov: “Vacib qələbə qazandıq” Mahir fərqləndi, komandası məğlub oldu Kurban Berdıyev: “Məni ən çox narahat edən…” Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb “Fənərbağça”dan “Ayaks”a Portuqaliya millisinin üzvü “Qalatasaray”da Krakovda 7 medal Stolüstü tennisçimiz finalda Misli Premyer Liqasının 5-ci və 6-cı turlarının təqvimi açıqlanıb Kamerunlu hücumçu "Gəncəbasar"da Bölgə klubunda iki ayrılıq Premyer Liqa təmsilçisində oynamış futbolçu bu klubda forma geyinəcək "Sabah"ın sabiq futbolçusu I Liqa təmsilçisi ilə müqavilə imzalayıb "Sabah" - "Zirə" matçının başlama saatı müəyyənləşib "Səbail"dən "Gəncəbasar"a UEFA tərəfindən Gəncə şəhər stadionu qiymətləndirilib "Sumqayıt"ın təşkil etdiyi Yay Futbol Düşərgəsində ilk mərhələ başa çatıb "Şəmkir"də 2 yeni müqavilə "Qarabağ" yeni transferlər üçün nə qədər pul ödəyib? Kanadalı futbolçu "Xankəndi"də Bölgə klubunda yeni sözləşmə Nəzirinin köməkçiləri müəyyənləşib "Araz-Naxçıvan"ın rəqibləri bəlli olub Yığmamızın futbolçularının yeni klubları müəyyənləşib Dieqo Rosa "Qarabağ"da

"Qarabağ"la ilk görüşdə istədiyimiz səviyyədə oynaya bilmədik"

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 11-08-2025, 20:34

"Çətin oyun olacağını bilirik. "Qarabağ" güclü, ciddi rəqibdir. İlk qarşılaşmada təəssüf ki, istədiyimiz səviyyədə oynaya bilmədik. Bu dəfə isə öz oyunumuzu oynamağa çalışacağıq".

Sport1.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində sabah "Qarabağ"ın qonağı olacaq "Şkendiya"nın (Şimali Makedoniya) futbolçusu Kamer Qaka bu gün keçirilən mətbuat konfransında deyib.

Albaniyalı yarımmüdafiəçi "Qarabağ"ın heyətində hansısa oyunçunu fərqləndirmək istəməyib: "Fərd olaraq onu deyə bilmərəm. Futbolçulara fərdi fikir vermirəm. Futbol komanda oyunudur. "Qarabağ" kollektiv oynayır. Ona görə ad çəkməyəcəm".

O, 2-ci mərhələdə FKSB-ni keçməyin motivasiyası ilə bağlı isə bunları deyib: "Hər oyunçunun istəyi odur ki, qələbə qazansın. Biz də oyuna bu niyyətlə çıxacağıq. FKSB ilə matçda qələbə bu görüş üçün fakt deyil".

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Komandalar arasında Şimali Makedoniyada keçirilən oyun "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR