SON DƏQİQƏ
"İmişli" yay hazırlıq planı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Sport1.az xəbər verir ki, bölgə təmsilçisinin növbəti rəqibi "Sumqayıt"ın əvəzedicilər komandası olub.
Bakı Olimpiya stadionunun məşq meydançasında oynanılan görüşdə qapılara qol vurulmayıb - 0:0.
Qeyd edək ki, "İmişli" daha əvvəl "Araz-Naxçıvan"ın əvəzedici komandası (2:1), "Sabah"ın əvəzedici komandası (2:1), "Sumqayıt" (0:0) və "Karvan"la (1:2) üz-üzə gəlib.