son dəqiqə SON DƏQİQƏ
Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" Zirə səfərindən xalsız qayıdır Azər Məmmədov: “Vacib qələbə qazandıq” Mahir fərqləndi, komandası məğlub oldu Kurban Berdıyev: “Məni ən çox narahat edən…” Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb “Fənərbağça”dan “Ayaks”a Portuqaliya millisinin üzvü “Qalatasaray”da Krakovda 7 medal Stolüstü tennisçimiz finalda Misli Premyer Liqasının 5-ci və 6-cı turlarının təqvimi açıqlanıb Kamerunlu hücumçu "Gəncəbasar"da Bölgə klubunda iki ayrılıq Premyer Liqa təmsilçisində oynamış futbolçu bu klubda forma geyinəcək "Sabah"ın sabiq futbolçusu I Liqa təmsilçisi ilə müqavilə imzalayıb "Sabah" - "Zirə" matçının başlama saatı müəyyənləşib "Səbail"dən "Gəncəbasar"a UEFA tərəfindən Gəncə şəhər stadionu qiymətləndirilib "Sumqayıt"ın təşkil etdiyi Yay Futbol Düşərgəsində ilk mərhələ başa çatıb "Şəmkir"də 2 yeni müqavilə "Qarabağ" yeni transferlər üçün nə qədər pul ödəyib? Kanadalı futbolçu "Xankəndi"də Bölgə klubunda yeni sözləşmə Nəzirinin köməkçiləri müəyyənləşib "Araz-Naxçıvan"ın rəqibləri bəlli olub Yığmamızın futbolçularının yeni klubları müəyyənləşib Dieqo Rosa "Qarabağ"da

Santuş sabiq oyunçusunun vəfat etməsindən danışdı

Bölmə adı Futbol
Yayımlandı 7-08-2025, 20:11

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş “Portu” və Portuqaliya yığmasının sabiq müdafiəçisi, vaxtilə onun oyunçusu olmuş Jorje Koştanın vəfatı ilə bağlı fikirlərini bölüşüb.

Sport1.az xəbər verir ki, bu barədə Portuqaliyanın "Lusa" agentliyi məlumat yayıb. Mütəxəssis deyib:

“Bu, mənim üçün böyük şok və ağır itkidir. Bakıya qayıtmışdım, xəbərləri izləyirdim və bu məlumat məni təəccübləndirdi. Onun ailəsinə və “Portu” klubuna dərin hüznlə başsağlığı verirəm. O, mənim dostum idi.

Mən “Portu”nu çalışdırdığım üç il ərzində Jorje komandanın kapitanı idi. Biz çox güclü münasibətlərə malik idik. O, meydanda da, meydandan kənarda da əsl lider idi. Koşta əslində “Portu”nun simvoluna çevrilmişdi.

O, təkcə klubun deyil, ümumilikdə Portuqaliya futbolunun tarixində iz qoymuş bir oyunçudur. Eyni zamanda 1991-ci ildə Lissabonda 20 yaşadək futbolçular arasında keçirilən dünya çempionatını qazanan nəsil futbolçularından biri idi”.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR