son dəqiqə SON DƏQİQƏ
Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" Zirə səfərindən xalsız qayıdır Azər Məmmədov: “Vacib qələbə qazandıq” Mahir fərqləndi, komandası məğlub oldu Kurban Berdıyev: “Məni ən çox narahat edən…” Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb “Fənərbağça”dan “Ayaks”a Portuqaliya millisinin üzvü “Qalatasaray”da Krakovda 7 medal Stolüstü tennisçimiz finalda Misli Premyer Liqasının 5-ci və 6-cı turlarının təqvimi açıqlanıb Kamerunlu hücumçu "Gəncəbasar"da Bölgə klubunda iki ayrılıq Premyer Liqa təmsilçisində oynamış futbolçu bu klubda forma geyinəcək "Sabah"ın sabiq futbolçusu I Liqa təmsilçisi ilə müqavilə imzalayıb "Sabah" - "Zirə" matçının başlama saatı müəyyənləşib "Səbail"dən "Gəncəbasar"a UEFA tərəfindən Gəncə şəhər stadionu qiymətləndirilib "Sumqayıt"ın təşkil etdiyi Yay Futbol Düşərgəsində ilk mərhələ başa çatıb "Şəmkir"də 2 yeni müqavilə "Qarabağ" yeni transferlər üçün nə qədər pul ödəyib? Kanadalı futbolçu "Xankəndi"də Bölgə klubunda yeni sözləşmə Nəzirinin köməkçiləri müəyyənləşib "Araz-Naxçıvan"ın rəqibləri bəlli olub Yığmamızın futbolçularının yeni klubları müəyyənləşib Dieqo Rosa "Qarabağ"da

"Bakıda daha diqqətli və ciddi olmalıyıq" - Qurban Qurbanov

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 6-08-2025, 09:11

"Futbolçularıma sona kimi dözdüklərinə görə təşəkkür edirəm. Belə oyunlarda axıra qədər mübrizə aparmaq çox vacibdir. Əlbəttə ki, səhvlərimiz oldu. Lakin nəticə üçün oynamağı bacardıq. Futbolçularımı təbrik edirəm. Rəqib komanda haqqında xoş sözlər demək istəyirəm. Göstərdilər ki, əvvəlki 2 oyunda layiqli qələbələr qazanıblar".

Sport1.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Şkendiya"ya qalib gəldikləri (1:0) matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis Bakıdakı cavab oyununda daha diqqətli olmaqlarının lazım gəldiyini bildirib: "Hər bir halda bu cür oyunda belə bir komandaya qarşı qalibiyyətlə dönmək böyük bir avantajdır, amma biz Bakıda daha diqqətli və ciddi olmalıyıq. Çünki qarşımızda məğlub olmağı sevməyən bir kollektiv var".

O, stadionda 20 min azarkeşin olmasından və arenadakı atmosferdən də söz açıb: "Futbolun gözəlliyi azarkeşlərdir. Belə bir stadionda bu cür atmosfer oyunu daha da gözəlləşdirdi. "Şkendiya" bu atmosferdə daha da motivasiya olmuşdu. Biz bir neçə il bundan əvvəl bu stadionda oynamışdıq, lakin bu cür azarkeş dəstəyi ilə qarşılaşmamışdıq".

Q.Qurbanov futbolçusu Kadi Borgesin oyunundan da danışıb: "Ola bilər bəzi epizodlarda zəif təsir bağışladı. Amma indi bunu müzakirə etməli deyilik. Çünki rəqibin gücünü də nəzərə almaq lazımdır. Kadiyə qarşı rəqib müdafiəçilər daha çox diqqət ayırırdılar. Hər oyunçu 90 dəqiqə eyni səviyyədə oynaya bilməz".

O, sonda "Azərbaycanda bir çox albaniyalı futbolçu oynayır. Həmin oyunçulardan və "Şkendiya"nın heyətindəki futbolçulardan "Qarabağ"da görmək istədiyiniz biri varmı" sualını cavablandırıb: "Mənim komandamda bir çox alban futbolçu olub. İlk ağla gələn Ansi Aqolli və Admir Telidir. Onlar mənim üçün həm dəyərli insan həm də yaxşı oyunçular idi. Ümumiyyətlə, Balkan ölkələrinin futbolçularında həmişə güclü bir xarakter olub. "Şkendiya"nın heyətindən hansısa futbolçu haqqında fikir bildirməyim düzgün olmaz".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR