son dəqiqə SON DƏQİQƏ
Avropa Kuboku: "Kür" komandası mübarizəyə başlayır ● Kişi voleybolçular arasında Super Liqa bu gün başlayır ● "Araz-Naxçıvan" "Qəbələ" ilə üz-üzə, "Zirə" evdə "Sumqayıt"la qarşılaşır ● Konfrans Liqası: Muradın və Zamiqin komandaları növbəti oyunlarına çıxıb ● "Yuventus" İtaliyada xal itirib, "Beşiktaş" evdə heç-heçə edib ● "Şamaxı"da yeni təyinat ● "Sabah" onları unutmadı ● "Etopaz" erməni klubundan pul qazanır ● Avropa Çempionatı: Fərhad Rəcəbli 12-ci dəfə qızıl medalın sahibi olub ● FİFA U-20 Dünya Çempionatı: Mundial bu tarixdə baş tutacaq ● Azərbaycanlı hakim qitə birinciliyinin matçlarına beynəlxalq təyinat alıb ● Birlik sədri baş redaktor Mahir Rüstəmlini təbrik etdi ● MOİK "Karvan-Yevlax"ı məğlub etdi ● "Gəncəbasar" darmadağınla qazandı ● "Şimal"dan böyükhesablı qələbə ● I Liqa: "Gəncəbasar" 7, "Şimal" 5 qolla qələbə qazandı ● "Sumqayıt"ın kapitanı İsa Suliman U-15 komandanın məşq prosesində ● II Liqada 10-cu turun oyun təqvimi ● U-15 Dünya Çempionatı: "Neftçi" akademiyası digərlərini qabaqladı ● Valdas Dambrauskas Beynəlxalq Kitab Sərgisində iştirak edib ● "Şahdağ Qusar"ın "Gəncəbasar"la matçının vaxtı açıqlanıb ● Azərbaycan klubu baş məşqçisi ilə vidalaşdığını açıqlayıb ● Çindəki dünya çempionatında 7 gimnastımız mübarizə aparacaq ● "Kəpəz"in azarkeşləri hələ də mənim potensialımın 60-70 faizini görüblər" ● "Marafon" - "Qaradağ Lökbatan" matçının təqvimi açıqlanıb ● Rövşən Nəcəf Bakıda keçiriləcək mundialla bağlı paylaşım edib ● "Sabah" - "Qarabağ" matçının hakim təyinatları açıqlanıb ● Yığmalarımız Latviyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər ●

Qarğa və tülkü təmsili, AFFA-nın nağılları - KÖŞƏ

Bölmə adı Yazı
Yayımlandı 5-08-2025, 19:34

Qarğa bir ağacın budağında oturub pizza yeyirdi.

Uzaqdan bunu görən tülkünün ağzı sulandı. Yaxına gəlib dedi:
- Bəh-bəh, nə gözəl qanadların, ayaqların, dimdiyin var! Bir oxusaydın, sənin o gözəl avazını eşidərək feyziyab olardım...
Qarğa dimdiyindəki pizzanı qoltuğuna vurdu və dedi:
- Sən ki, o vaxt məni aldadıb pendirimi aparmışdın. Onda ibtidai sinifdə oxuyurdum, indi isə 10-cu sinifdəyəm.
Tülkü dedi:
- Həəəə, elə buna görə qanadlarının tükü tökülüb?
Qarğa qanadlarını açdı ki, baxsın, elə bu vaxt pizza aşağı düşdü.Tülkü göydən onu qamarlayıb gülə-gülə dedi:
- Mən sənin pendirini aparanda tələbə idim, indi isə rəhbər şəxslərdən biriyəm...

İndi düşünürsünüz ki, istilər İlkinə təsir edir. Bu təmsilin AFFA-ya, futbola nə dəxli var? Yuxarıda yazılanlar elə futbol federasiyası ilə əlaqədardır. Gəlin, izah edim…

Milli komanda Latviyada olarkən baş katib Cahangir Fərəcullayev açıqlaması ilə aləmi qatdı bir-birinə. Federasiyada yeni təyinatın olacağını, həmin şəxsin tezliklə işə başlayacağını bildirdi. Sonradan mediada belə bir xəbər yayıldı:

“AFFA-nın İnformasiya Texnologiyaları və Rəqəmsallaşdırma Departamentinin rəhbəri vəzifəsinə Rahim Balakişiyev təyin olunub”.

Əldə etdiyim məlumata görə, adı çəkilən şəxs artıq 2 aya yaxın müddətdir ki, federasiyada fəaliyyətə başlayıb. Amma onun təyinatı ilə bağlı hansısa bir rəsmi informasiya yoxdur. Həəə, başa düşdüm. Yəqin AFFA rəsmi qurum olduğu üçün Rahim Balakişiyev burada sınaq müddəti keçir. Ona görə də təyinatı açıqlanmır. Departamentə rəhbər təyin olunsun, ona da sınaq müddəti verilsin. Qəribədir.

Keçək ikinci məsələyə! 22 iyulda mediada belə bir xəbər yayıldı:

“AFFA Hakimlər Departamentinin rəhbəri Ömər Paşayevə müavin gətirilib. Bir müddət millət vəkili Nigar Arpadarainin yardımçısı olan Bəhruz Teymurov indi tamamilə fərqli sahədə söz sahibi olacaq".

Bu məsələni də araşdırdım. Aydın oldu ki, AFFA rəhbərliyi ötən mövsüm hakimlərin təyinatlarından narazı olublar. Bu səbəbdən də Bəhruz Teymurovu bu vəzifəyə layiq bilirlər. Amma həmin təyinatı da açıqlamırlar. Bax, bu məsələdə AFFA-nın tərəfindəyəm. Allah var! Bəhruz Teymurova sınaq müddəti lazımdır da! Adamın hakimlikdən, futboldan heç bir anlayışı yoxdur. Xahiş-minnətlə bura təyin olunub. Heç nədən xəbəri olmadan ictimaiyyətə təqdim eləmək də düzgün deyil də…

Həəə, əzizlərim. Bu da təmsilmizin izahı. Yeni AFFA rəhbərliyi gələndə nağıllar danışdı. Başımızı aldatdı. Sonra Cahangir Fərəcullayev gəldi. Baş katib kimi fəaliyyətə başlayanda elmə məlum olan, amma anlaşılmayan cümlələr işlətdi. Dəstək olmağımızı istədilər. Gözlədik. Zaman verdik. Amma səbrimiz tükəndi.

Niyə bu dəfə Sərxan Hacıyev haqda heç nə yazmadım? O, artıq olub rəhbər şəxs!

İLKİN SULTANLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR