son dəqiqə SON DƏQİQƏ
Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" Zirə səfərindən xalsız qayıdır Azər Məmmədov: “Vacib qələbə qazandıq” Mahir fərqləndi, komandası məğlub oldu Kurban Berdıyev: “Məni ən çox narahat edən…” Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb “Fənərbağça”dan “Ayaks”a Portuqaliya millisinin üzvü “Qalatasaray”da Krakovda 7 medal Stolüstü tennisçimiz finalda Misli Premyer Liqasının 5-ci və 6-cı turlarının təqvimi açıqlanıb Kamerunlu hücumçu "Gəncəbasar"da Bölgə klubunda iki ayrılıq Premyer Liqa təmsilçisində oynamış futbolçu bu klubda forma geyinəcək "Sabah"ın sabiq futbolçusu I Liqa təmsilçisi ilə müqavilə imzalayıb "Sabah" - "Zirə" matçının başlama saatı müəyyənləşib "Səbail"dən "Gəncəbasar"a UEFA tərəfindən Gəncə şəhər stadionu qiymətləndirilib "Sumqayıt"ın təşkil etdiyi Yay Futbol Düşərgəsində ilk mərhələ başa çatıb "Şəmkir"də 2 yeni müqavilə "Qarabağ" yeni transferlər üçün nə qədər pul ödəyib? Kanadalı futbolçu "Xankəndi"də Bölgə klubunda yeni sözləşmə Nəzirinin köməkçiləri müəyyənləşib "Araz-Naxçıvan"ın rəqibləri bəlli olub Yığmamızın futbolçularının yeni klubları müəyyənləşib Dieqo Rosa "Qarabağ"da

"Hər naxçıvanlı kimi, mən də çox sevinirəm" - Zaur Axundov

Bölmə adı Azərbaycan
Yayımlandı 2-08-2025, 19:39

"Hər bir naxçıvanlı kimi, mən də çox sevinirəm. Bu, bütün komandanın uğuru idi".

Sport1.az xəbər verir ki, bunu "Naxçıvan TV"yə açıqlamasında Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov deyib.

Azərbaycan Futzal federasiyasının da prezidenti olan funksioner "Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Yunanıstan təmsilçisi "Aris"i mübarizədən kənarlaşdırmasına münasibət bildirib:

"Başda məşqçilər, oyunçular və bütün heyətə təşəkkür edirik. Komandamız ilk dəfə avrokuboklara vəsiqə qazanıb və debütdə qalibiyyət əldə etdi".

Axundov heyətin 60-70 faizinin dəyişdiyini xatırladıb:

"Çox peşəkar oyunçular dəvət olunub. Motivasiya öz yerində. Öz işlərini yaxşı bilirlər. Bundan da böyük azarkeş kütləsi qarşısında çıxış ediblər. Öz peşəkarlıqlarını Yunanıstanda bir daha göstərdilər. 25 min azarkeşin qarşısında futbol oynadılar".

Qeyd edək ki, Bakıda "Aris"i 2:1 hesabı ilə üstələyən "Araz-Naxçıvan" səfərdə rəqibi ilə bərabərə qalmaqla (2:2) III raunda vəsiqə əldə edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR