son dəqiqə SON DƏQİQƏ
Güləşçilərimizdən Dünya Seriyasında 7 medal Fərid Namazov: “Məni narazı salan yeganə məqam…” Zaur Həşimov: “Komandamın oyunundan narazı qalmadım Millimizin üzvü oynadı, komandası qələbə qazandı MPL: Qəbələdə qolsuz sülh, “Şəfa” “İmişli”yə məğlub oldu Kaxaber Tsxadadze: “Çempionatda oyunların tempi artıb” Azər Bağırov: “Səhvlərimiz var” Super Liqada klubunu dəyişdi “Barselona”dan “Venesiya”ya AFFA-da 3 mühüm posta təyinat olub Coşqun Əliyev Deflimpiya çempionunu məğlub edərək “Masters Top 18”in qalibi olub “Şəfa” - “İmişli”: Premyer Liqada oynayan milli üzvü I Liqada çıxış edəcək "Şahdağ Qusar" və "Unico" arasındakı tərəfdaşlığa dair "Şəfa" ev oyunlarını bu stadionda keçirəcək "Neftçi"nin daha bir yetirməsi II Liqa klubunda forma geyinəcək Milli komandamız İstanbula yollanıb "Neftçi"nin sabiq üzvü "Şirvan"da "Sabah"ın "Napoli" ilə oyununun günü dəyişdirilə bilər "Sabah"ın Bakıda "Barselona" ilə görüşü bu tarixdə baş tutacaq "Sabah"ın Çempionlar Liqasındakı bütün qarşılaşmalarının "Neftçi"nin sabiq hücumçusu yenə də Türkiyədə oynayacaq - Qərb derbisində izdiham olacaq Bu klub "Qarabağ"ın ulduzu üçün 800 min avro ödəməyə hazırdır "Qurnik"in formasını geyinmək şərəf idi" Bölgə təmsilçisi heyətinə legioner qapıçı cəlb etdi I Liqa klubunda ayrılıq "Neftçi"nin yetirməsi "Şəmkir"də

Güləşçilərimizdən Dünya Seriyasında 7 medal

Bölmə adı Güləş
Yayımlandı Bu gün, 00:46

Azərbaycanın çimərlik güləşçiləri Bakıda keçirilən Dünya Seriyasının IV mərhələsində 7 medal qazanıblar.

Sport1.az xəbər verir ki, "Sea Breeze" istirahət mərkəzində təşkil olunan yarışda Vüsal Əliyev (80 kq), Əşrəf Aşırov (90 kq) və Camal Feyziyev (+90 kq) qızıl medala sahib çıxıblar.

Sahib Dadaşov (80 kq) və Nərgiz Səmədova (60 kq) gümüş medal qazanıblar. Cavid Niftəlizadə (80 kq) və Ramiz Həsənov (90 kq) isə turniri bürünc medalla başa vurublar.

Kişilərdən ibarət Azərbaycan millisi 84 xalla komanda hesabında birinci olub. Gürcüstan 62 xalla ikinci, Ukrayna isə 45 xalla üçüncü yeri tutub. Qadınların komanda hesabında isə Azərbaycan 40 xalla ikinci olub. Ukrayna 100 xalla birinci, İspaniya 24 xalla üçüncü pillədə qərarlaşıb.

Kişilər

70 kq

1. Oleksey Boruta (Ukrayna)

2. Konstantin Topşinoyev (Rusiya)

3. Levan Kelexsaşvili (Gürcüstan)

80 kq

1. Vüsal Əliyev (Azərbaycan)

2. Sahib Dadaşov (Azərbaycan)

3. Cavid Niftəlizadə (Azərbaycan)

90 kq

1. Əşrəf Aşırov (Azərbaycan)

2. Evsem Şvelidze (Gürcüstan)

3. Ramiz Həsənov (Azərbaycan)

+90 kq

1. Camal Feyziyev (Azərbaycan)

2. Vaja Dayauri (Ukrayna)

3. Mamuka Kordzaya (Gürcüstan)

Qadınlar

50 kq

1. Viktoriya Slobodenyuk (Ukrayna)

2. Ana Mariya Rotaru (Rumıniya)

3. Diana Risova (Ukrayna)

60 kq

1. Oksana Moskalova (Ukrayna)

2. Nərgiz Səmədova (Azərbaycan)

3. Lidiya Torino (İspaniya)

70 kq

1. Olena Nikitinska (Ukrayna)

2. Qalina Olekseyvska (Ukrayna)

3. İrina Rinqaçi (Moldova)

+70 kq

1. Darya Konstantinova (Ukrayna)

2. Eliana Bommarito (ABŞ)

3. Mariya Zenkina (Ukrayna)

Qeyd edək ki, ilk dəfə ölkəmizdə keçirilən bu yarışda 14 ölkədən 55 güləşçi mübarizə aparıb. Dünya Seriyasının final mərhələsi 26-27 sentyabrda Yunanıstanın Katerini şəhərində keçiriləcək. Həmin yarışda bütün mərhələlər üzrə toplanan xallara əsasən dünya çempionları müəyyənləşəcək.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR