son dəqiqə SON DƏQİQƏ
Fərid Namazov: “Məni narazı salan yeganə məqam…” Zaur Həşimov: “Komandamın oyunundan narazı qalmadım Millimizin üzvü oynadı, komandası qələbə qazandı MPL: Qəbələdə qolsuz sülh, “Şəfa” “İmişli”yə məğlub oldu Kaxaber Tsxadadze: “Çempionatda oyunların tempi artıb” Azər Bağırov: “Səhvlərimiz var” Super Liqada klubunu dəyişdi “Barselona”dan “Venesiya”ya AFFA-da 3 mühüm posta təyinat olub Coşqun Əliyev Deflimpiya çempionunu məğlub edərək “Masters Top 18”in qalibi olub “Şəfa” - “İmişli”: Premyer Liqada oynayan milli üzvü I Liqada çıxış edəcək "Şahdağ Qusar" və "Unico" arasındakı tərəfdaşlığa dair "Şəfa" ev oyunlarını bu stadionda keçirəcək "Neftçi"nin daha bir yetirməsi II Liqa klubunda forma geyinəcək Milli komandamız İstanbula yollanıb "Neftçi"nin sabiq üzvü "Şirvan"da "Sabah"ın "Napoli" ilə oyununun günü dəyişdirilə bilər "Sabah"ın Bakıda "Barselona" ilə görüşü bu tarixdə baş tutacaq "Sabah"ın Çempionlar Liqasındakı bütün qarşılaşmalarının "Neftçi"nin sabiq hücumçusu yenə də Türkiyədə oynayacaq - Qərb derbisində izdiham olacaq Bu klub "Qarabağ"ın ulduzu üçün 800 min avro ödəməyə hazırdır "Qurnik"in formasını geyinmək şərəf idi" Bölgə təmsilçisi heyətinə legioner qapıçı cəlb etdi I Liqa klubunda ayrılıq "Neftçi"nin yetirməsi "Şəmkir"də "İmişli" ilə oyundan öncə Bakı təmsilçisindən azarkeşlərə

Kaxaber Tsxadadze: “Çempionatda oyunların tempi artıb”

Bölmə adı Qəbələ
Yayımlandı Dünən, 21:46

Misli Premyer Liqasının II turunda "Qəbələ" "Şamaxı"nı qəbul edib - 0:0.

Sport1.az xəbər verir ki, matçdan sonra meydan sahiblərinin baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib.

"İlk 15 dəqiqədə yaxşı oynadıq. Qol şansı yaratdıq, amma onu sona çatdıra bilmədik. Oyunun qurulmasında böyük rol oynayan futbolçular var, amma təəssüf ki, məsələn, Bruno Silva təsir göstərə bilmədi. O və digər cinah oyunçusu Meşak Uboçioma komandanın oyununu anlamağa başlamalıdırlar. Onlar oyunun tempini başa düşməlidirlər. Bunu uzun müddətdir deyirəm. Azərbaycan çempionatında oyunların tempi artıb. Sonra yenidən toparlandıq və təzyiq göstərməyə başladıq. Çoxlu qol şansı yaratdıq, amma qol vura bilmədik. Oyundakı üstünlüyümüzdən yararlana bilmədik".

- Komanda mövsümdə ilk xalını qazandı, amma hələ qol vurmamısınız. Psixoloji təzyiq var?

- Əlbəttə ki, rəhbərlik və azarkeşlər tərəfindən təzyiq olacaq. Üç matçdır ki, qol vurmamışıq. Normaldır. Bu, məşqçilər heyətinə və oyunçulara təzyiq göstərir. Amma bu gün istədiyimiz oyuna daha yaxın oynadıq.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR