son dəqiqə SON DƏQİQƏ
Super Liqada klubunu dəyişdi “Barselona”dan “Venesiya”ya AFFA-da 3 mühüm posta təyinat olub MPL: 3-cü tura Qəbələdə start verilib, “Şəfa” “İmişli”yə qarşı Coşqun Əliyev Deflimpiya çempionunu məğlub edərək “Masters Top 18”in qalibi olub “Şəfa” - “İmişli”: Premyer Liqada oynayan milli üzvü I Liqada çıxış edəcək "Şahdağ Qusar" və "Unico" arasındakı tərəfdaşlığa dair "Şəfa" ev oyunlarını bu stadionda keçirəcək "Neftçi"nin daha bir yetirməsi II Liqa klubunda forma geyinəcək Milli komandamız İstanbula yollanıb "Neftçi"nin sabiq üzvü "Şirvan"da "Sabah"ın "Napoli" ilə oyununun günü dəyişdirilə bilər "Sabah"ın Bakıda "Barselona" ilə görüşü bu tarixdə baş tutacaq "Sabah"ın Çempionlar Liqasındakı bütün qarşılaşmalarının "Neftçi"nin sabiq hücumçusu yenə də Türkiyədə oynayacaq - Qərb derbisində izdiham olacaq Bu klub "Qarabağ"ın ulduzu üçün 800 min avro ödəməyə hazırdır "Qurnik"in formasını geyinmək şərəf idi" Bölgə təmsilçisi heyətinə legioner qapıçı cəlb etdi I Liqa klubunda ayrılıq "Neftçi"nin yetirməsi "Şəmkir"də "İmişli" ilə oyundan öncə Bakı təmsilçisindən azarkeşlərə Bölgə klubunda 3 yeni futbolçu AÇ: Millimiz üçün çətin rəqib Komitə rəsmisi əsgərliyə getdi, AFFA-nın işi çətinə düşdü "Böyük Dəbilqə": Daha 5 cüdoçumuz mübarizəyə başlayır Günün oyunları:

Coşqun Əliyev Deflimpiya çempionunu məğlub edərək “Masters Top 18”in qalibi olub

Bölmə adı Cüdo
Yayımlandı Bu gün, 19:25

Azərbaycanın deflimpiyaçı cüdoçusu Coşqun Əliyev İsveçrənin Lozanna şəhərində ilk dəfə keçirilən “Ecole Mont-Olivet Deaf Judo Masters Top 18” turnirində qızıl medal qazanıb.

Sport1.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız dairəvi sistem üzrə keçirilən yarışda üç görüş keçirib.

Yarışa inamlı start verən Coşqun Əliyev ilk görüşündə 2025-ci il Deflimpiya çempionu, braziliyalı Dantes Pedro ilə qarşılaşıb. Təmsilçimiz rəqibini 2:0 hesabı ilə məğlub edib.

İkinci görüşdə qazaxıstanlı Aktynberk Kakitayevə 0:1 hesabı ilə uduzsa da, cüdoçumuz son qarşılaşmada türkiyəli Nurullah Dündarı ipponla məğlub edərək turnirin qalibi olub.

Beləliklə, Coşqun Əliyev güclü rəqiblərin yer aldığı mötəbər yarışda qızıl medal qazanaraq “Masters Top 18” turnirinin ilk azərbaycanlı qalibi kimi tarixə düşüb.

Bu nəticə ilə eşitmə qabiliyyəti məhdud idmançılar arasında Azərbaycan cüdosunda daha bir ilkə imza atılıb.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR