SON DƏQİQƏ
Misli Premyer Liqasının II turunda "Qəbələ" "Şamaxı"nı qəbul edib - 0:0.
Sport1.az xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.
"Bu mövsümü götürsək, "Qəbələ" bəlkə də ən yaxşı oyununu oynadı. Bilirdik ki, çətin olacaq. Amma şükürlər olsun ki, öhdəsindən gəldik və səfərdə xalımızı qazandıq. Bugünkü vəziyyətə baxanda, xallarımızı artırmaq daha yaxşıdır. Uşaqları təbrik edirəm, yaxşı mübarizə apardılar. Qarşıya baxacağıq".
- Bu gün iki xal itirdiyinizi düşünürsüz?
- Sözlərinizdə həqiqət var. Hücum xəttində daha səliqəli oynamağımız çatmadı, rəqibi bir neçə dəfə azlıqda da tutmuşduq. Hücum xəttində daha səliqəli və dəqiq işləmək yönündə çox çalışacağıq. Futbolçularımdan razıyam. Çempionat yeni başlayıb. Turnir cədvəlində yaxın olan rəqiblərlə oyun daha çox enerji aparır. Çünki itirmək qorxusu olur. Amma daha yuxarılarda qərarlaşan komandalara qarşı psixoloji cəhətdən hazır olursan, rahat oynayırsan. Ona görə də futbolçularımı başa düşürəm.
- "Şamaxı" hələ bir neçə oyun da səfər görüşləri keçirəcək. Komanda belə formada bərkiyəcək, bu durumda necə təsir bağışlayacaq?
- Yaxşı olardı ki, öz azarkeşlərimizin qarşısında oynayaq. Amma futbolçularım bu vəziyyətdən sonra bərkiyəcəklər. Çünki "Qarabağ", "Turan Tovuz", "Qəbələ" səfərində meydana çıxdıq. Oyundan-oyuna nələrisə qazana bilirik. Bu da müsbət haldır. Səhvlərimiz də var. Çalışacağıq ki, onların üzərində işləyək. Qarşıda yenə səfər oyunumuz var. Nikbin qalırıq. Bizim stadionun işıqlandırma məsələsi də həll olunacaq və azarkeşlərimizi öz oyunlarımızla sevindirəcəyik.