"Şəmkir" heyətinə 2 yeni futbolçu cəlb edib.
Sport1.az xəbər verir ki, bölgə klubu müdafiəçi İsa İsayev və yarımmüdafiəçi Kərim İbrahimovla anlaşıb.
İsa karyerası ərzində "Qaradağ Lökbatan", "Araz-Naxçıvan-2", "Cəbrayıl", klublarında çıxış edib.
Kərim isə "Neftçi" Futbol Akademiyasının yetirməsidir.
